Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin dünyanı Üçüncü Dünya savaşına sürükləyirmi?


Razi Nurullayev: “Rusiya hələ tam olaraq Ukraynanın üzərinə hücuma keçməyib”


NATO- nun qoşunlarının Ukraynaya yeridilməsi isə 3-ci dünya müharibəsinin başlaması anıamına gəlir. AvropaABŞ-da hələki buna hazır kimi görünmür”

Rusiyaının Ukraynaya qarşı aqressiyası hər gün böyüyür. Hətta iş o yerə çatıb ki, Ukrayna prezidenti və Ukrayna XİN-liyi Avropa Birliyini gözləmə mövqeyinə görə tənqid edirlər. Rusiyanın Ukraynaya qarşı hər gün böyüyən aqresyası qarşısında Avropa Birliyinin çarəsiz davranışlar nümayiş etdirməsini PİA.AZ-ın əməkdaşı politoloq Razi Nurullayevlə müzakirə edib.

Politoloqun fikrincə Avropa Birrliynin münaqişəyə hərbi müdaxiləsi üçünücü Dünya savaşına yol aça bilər: 

“Əslində tam olaraq Avropa Birliyi və ABŞ Rusiya qarşısında o qədər də aciz , gücsüzlük nümayiş etdirmirlər. ABŞ-ın Prezidenti Barak Obama Rusiya ilə hətta bu cur davam edərsə hərbi münaqişənin olacağı qaçılmaz olacaq. Rusiya isə Ukraynaya hərbi müdaxiləsini inkar etməkdə davam edir. Rusiya hələ
 tam olaraq Ukraynanın üzərinə hücuma keçməyib. Mənə elə gəlir ki, Rusiyaya qarşı  ABŞAvropa Birliyinin aksiyaları gücləndirilə bilər. Hal hazirda doğurdan da Rusiya iqtisadiyyatına ciddi zərbə dəyir. Rusların və Putinin millətçilik hisləri daha üstun gəlir. Amma yaxın prespektivdə bu Rusiya üçün ciddi proseslərə yol aça bilər. ABŞ-da Avropa Birliyidə bunu bilir və onun üçün aksiyaların daha ciddi nəticələrini gözləməkdə davam edirlər. Hal- hazirda Rusiyanı dayandırmaq üçün əllərindən gələni edirlər. Yeganə yol o qalib ki, NATO-da öz qoşunlarını Ukraynaya yeritsin. NATO- nun qoşunlarının Ukraynaya yeridilməsi isə 3-ci dünya müharibəsinin başlaması anıamına gəlir. AvropaABŞ-da hələki buna hazır kimi görünmür”. 


Avropa Birliyinin ötən əsrin 30-cu illərində Avropa dövlətlərinin və “Antanta İttifaqı” ölkələrinin Hitlerin aqressiyasına qarşı qorxaq davranışlarını yenidən təkrkrlamırmı sualını savablandıran politoloqun fikrincə Rusiya bütün beynəlqxalq öhdəliklərini ayaqlayaraq açıq şəkildə Ukraynaya hücum edərsə, NATO qoşunları da Ukrayna ərazisinə yeridiləcək:

“Təbii ki, müqayisə aparmaq olar. Amma hazırda beynəlxalq siyasətdə bir az fərqli situasiya mövsuddur. O zaman Almaniyada yeni potensial mövcud idi. Ölkədə Birinci Dünya Savaşı məğlubiyyətindən sonra yaranmış revanşizm duyğuları güclü idi və bu təhlükəni Avropa, dünya görə bilmədi. Amma Rusiya bu gün o gücdə deyil və şəraitdə həmin şərait deyil. O baxımdan dünya liderlərinin Putinə reaksiyası çoxda mülayim deyil. Rusiyaya qarşı olan sanksyalar həmin dovlətlərin özlərinə ziyan vursa da, bu addımlar atılır və atılmaqda davam edəcək. Mən hesab edirəm ki, Rusiya bütün beynəlqxalq öhdəliklərini ayaqlayaraq açıq şəkildə Ukraynaya hücum edərsə, istisna etmirəm ki, NATO qoşunları da Ukrayna ərazisinə yeridiləcək”.

Təranə
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar