Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin borcunu qaytarmağa gəlir?


Rusiya prezidenti V.Putinin Avropa oyunları zamanı Bakıya səfər edəcəyi haqda xəbər doğrusu bizə təəccüblü görünmədi


Hansısa daxili hiss deyirdi ki, o, bu tədbirdə iştirak edəcək...

Bəlkə də irəlicədən ondan başlamaq daha düzgün və həm də daha məntiqli olardı ki, ABŞAvropa tərəfindən sıxışdırılan Rusiyanın prezidenti tədbirdən nəinki kənarda qalmağa çalışacaq, əksinə, özünü bu tədbirin mərkəzi fiqurlarından birinə çevirməyə cəhd edəcək...
Bu elə bir yeni diplomatik tryuk da deyil. Demək olar ki, sanksiyalara məruz qalan ölkələr bir qayda olaraq həmişə belə edirlər... 

Bir də görürdün ki, məsələn, İran da hansısa məsələni çək-çevir edərək onun müzakirəsini Tehrana keçirir və bununla da özü haqqında normal siyasi həyat yaşayan dövlət obrazı yaratmağa çalışırdı... 

Həm də sanki göstərmək istəyirdi ki, sizin sanksiyalarınız mənim üçün hansısa əhəmiyyət kəsb etmir- guya ki, İran özünün dinamik həyatını yaşayır və sanksiyaların təsirini heç hiss etmir...

İndi Avropanın və ABŞ-ın bütün toplantıları Rusiyanın müzakirəsilə başlayır və onun müzakirəsilə də bitir. Ən azı bu detal göstərir ki, münasibətlər deyilən qədər də mülayim deyil - o, hələ ki, ifrat soyuqluq həddində olmasa da, buna doğru getməkdədir...

Rusiyanın özünün bu müzakirələrin çoxuna girişi yoxdur və Azərbaycan bundan səmərəli şəkildə yararlanmağa çalışır. Belə ki, ya onların işində iştirak etmir və yaxud da Riqa sammitində olduğu kimi, bir qədər aşağı səviyyədə təmsil olunur, ya da ki, həmin toplantılarda Rusiyanı müdafiə etməyə çalışır...

Sözsüz ki, bu, Rusiyanın diqqətindən kənarda qalmır. Təsadüfi deyil ki,  V.Putinin Avropa oyunlarının açılışıana qatılmaq istəyini bəzi təhlilçilər Riqa sammitində nazir səviyyəsində təmsil olunmağa qərar vermiş və faktiki olaraq sammitin işində iştirak etməkdən yayınmış Azərbaycan rəhbərliyinə minnətdarlıq jesti kimi yozmağa cəhd edirlər... 

Amma bir qədər də keçmişə getmək lazımdır. Qondarma erməni “genosid”ilə bağlı tədbirlərə qatılmış V.Putin həm türkiyəli, həm də azərbaycanlı həmkarını bir qədər pərt etmişdi, çünki bu tədbirə qədər münasibətlərin yüksələn xətllə inkişaf etdiyi zənn edilirdi. Amma Putin “genosid” tədbirlərinə qatıldı və Rusiyanın çoxəsrlik imperiya məntiqinin çərçivələrindən kənara çıxa bilmədi. 

Fransa prezidenti F.Ollanddan da fərqli olaraq o, öz səfərini bir az balanslaşdırmağa, tutaq ki, ertəsi günü Bakıya səfər etməyə də cəhd etmədi...

İndi pərtliyi və soyuqluğu aradan götürmək üçün şans yaranıb- Putinin Bakıda həm Türkiyə, həm də Azərbaycan prezidentilə görüşmək və danışmaq imkanı olacaq. Bununla Rusiya prezidenti bir növ borcunu qaytarmağa cəhd edəcək... Güman ki, onun bu cəhdi həm Türkiyə, həm də Azərbaycan tərəfindən dəyərləndiriləcək, çünki hər iki ölkə Rusiyaya münasibətdə müsbət bir tonda köklənib...

Ümumiyyətlə götürəndə, Rusiya ilə Azərbaycan arasında müəyyən qədər istiləşmiş müansibətlərin yarandığını görməmək çətindir- həqiqətən də ölkələr və rəhbərlər hiss olunacaq dərəcədə yaxın təmaslara can atırlar...

İndi Azərbaycan sanki Rusiya ilə Türkiyəni balanslaşdırmağa çalışır. Bir neçə gün bundan əvvəl Türkiyə ilə birlikldə quruda hərbi təlimlər keçirildi. 

İndi də budur, Rusiya ilə birgə dənizdə hərbi təlimlər keçirmək qərarlaşdırılıb. Niyə də bu, balans kimi qəbul edilməsin? Əlbəttə ki, qəbul edilə bilər və qəbul edilir də...
Burada bir detalı da qeyd etmək lazımdır. Putinin erməni “genosid”ilə bağlı tədbirlərə qatılmasına rəğmən Azərbaycan Rusiyadakı Qələbə tədbirlərinə, ikinci dünya müharibəsinin bitməsinin 70 illiyilə bağlı tədbirlərə qatıldı və bu, təbii ki, Rusiya rəhbərliyi tərəfindən nəzərə alınır...

Həm də ən əsası cəmiyyətlər arasındakı münasibətlərdir. Rusiya cəmiyyətinin azərbaycanlılara münasibəti getdikcə daha təmkinli, dözümlü və hətta mütərəqqi formalar alır, xalqlar sanki biri-birini yenidən tanımağa başlayıblar. Sovet dövründən fərqli olaraq bu münasibətlər şaquli vektorlardan asılı olmadan, cəmiyyətlərin özü səviyyəsində, üfüqi istiqamətdə gedir. Bəlkə də bu 24 ildə iki xalq biri-birini 70 ildə olduğundan daha çox tanıya bilib...

Təbii ki, bir detalı da qeyd etmək lazım gəlir. Rusiya Azərbaycanın Avrasiya İttifaqına qoşulacağı ilə bağlı ümidlərini hələ tam itirməyib... Nə demək olar? Ümid hamının haqqıdır, amma ümidlərin hamısı çin olmur...

Hüseynbala SƏLİMOV(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar