Rusiya prezidenti Vladimir Putin Afinada rəsmi səfərdədir
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin səfər çərçivəsində Yunanıstan lideri Prokopis Pavlopulos və baş nazir Aleksis Çiprasla görüşəcək.
Danışıqlarda ikitərəfli iqtisadi-ticari, eləcə də mədəni-humanitar əlaqələrə dair məsələlər müzakirə olunacaq, bir neçə sənəd imzalanacaq.
pia.az