Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Yaxın Şərqdəki “qalasını“ əsas oyunçular arasında necə böləcək?


Rusiya Suriyada hərbi əməliyyatlara son verdiyini bəyan etsə də, Moskva əvvəlki kimi, bu ölkəyə aidiyyəti olan bütün məsələlərdə arbitr rolunu oynamaqda davam edir


Rusiya prezidenti Vladimir Putinin noyabrın 20-də suriyalı həmkarı Bəşər Əsədlə qəfil görüşü 2015-ci ildəki analoji görüşün bir növ, təkrarı idi. Həmin görüşün ardınca Rusiya Suriyada hərbi əməliyyatlara start verdi. O dönəmdə münaqişə tamam fərqli aspektdə idi. Ölkədə vətəndaş müharibəsi davam edirdi, Suriya ordusu İŞİD-in qarşısında duruş gətirə bilməyərək geri çəkilirdi və nəticədə terrorçular daha çox torpağa sahib olurdular. Daxildəki üsyançı qrupların arxasında isə bu və ya digər ölkənin (əsasən ABŞ və Fars körfəzi ölkələri) xüsusi xidmət orqanı dayanırdı. 

Ekspertlər hesab edir ki, Rusiyanın münaqişəyə müdaxiləsi Suriyada güc nizamını dəyişdirdi. Məhz Rusiyanın hərbi əməliyyatlara başlamasından sonra hökumət qüvvələri Hələb və digər böyük şəhərləri İŞİD-dən geri ala bildi. 

Paralel olaraq Suriya Demokratik Qüvvələri ABŞ-ın dəstəyi ilə Raqqanı və ölkənin şimal-şərqinə nəzarəti ələ aldı. İŞİD-in nəzarəti altında yalnız İdlib qaldı. Bu irəliləyişlər Əsədin mövqelərini möhkəmləndirdi. Beləliklə, Rusiyanın müdaxiləsi həm də siyasi nəticələrə səbəb oldu.
 
Suriya Putinin nəyinə lazımdır?
 
BBC ərəb xidmətinin şərhçisi Edqar Callad bildirir ki, Rusiya Suriya münaqişəsinə bir neçə səbəbdən daxil olub. Bu səbəblərin başında gələn isə regionda maraqlarının müdafiəsidir: "Rusiya öz nüfuz dairəsini genişləndirməyə çalışır. Həm də Suriya Rusiya üçün Yaxın Şərqdəki son qalalarından idi. Yerdə qalan ölkələr ABŞ-ın nəzarətində idi. Rusiya münaqişəyə daxil oldu və qoyduğu "sərmayə" bəhrə verdi. Rusiya təsir imkanlarını geri qaytardı".

"Terrorizm üzərində tam qələbə üçün təbii ki, hələ çox var. Suriyadakı terrorçular üzərində müştərək fəaliyyətimizə gəlincə, bu hərbi əməliyyat həqiqətən də başa çatır", – deyə Putin Əsədlə son görüşündə bəyan etdi.

Lakin Putinin bu sözləri hələ o demək deyil ki, Rusiya Suriyadakı hərbi iştirakına tam son qoyur. Suriyada Rusiya hərbi bazası qalmaqda davam edir ki, bu da Əsədə kömək lazım olacağı təqdirdə, rusiyalı hərbçilərə istənilən an hərbi müdaxilə üçün imkan yaradır. 

E.Calladın sözlərinə görə, Suriyadakı vəziyyətə nəzarət məsələsində Putin özünü əsas söz sahibi kimi hiss edir: "Onun bəyanatı ona işarə idi ki, maraqlı tərəflər indi siyasi proseslərin müzakirəsinə keçid etməlidilər. Və Rusiya da bu məsələdə fəal iştirakçı statusundadır".
 
Suriyanın taleyi nə zaman həll olunacaq?

London Universitetinin professoru Cilbert Açkar deyir ki, ABŞ özünü Suriya ilə bağlı bütün qərarlardan kənarlaşdırıb. Və bu missiyanı Rusiyaya həvalə edib. 

Bu arada, noyabrın 22-də Soçidə Rusiya, Türkiyə, İran prezidentlərinin Suriyaya dair üçtərəfli görüşü oldu. Və görüşdə əsas müzakirə mövzusu Suriya idi. 

Görüşlə bağlı açıqlama verən Vladimir Putin iki saat davam edən müzakirələrin məhsuldar keçdiyini bildirdi. Onun sözlərinə görə, Suriyada döyüş meydanında əldə olunan uğurlar münaqişənin tamamən həlli üçün yeni mərhələ açır. 

Hər üç ölkə dekabrın əvvəlində Soçidə Suriyada Milli Dialoq Konqresinin keçirilməsi ilə bağlı razılığa gəlib. Konqresdə bütün maraqları tərəflərin bundan sonrakı addımları müzakirəyə çıxarılacaq.

Konqres Suriyanın yeni konstitusiyasının yazılması və onun ardınca BMT-nin nəzarəti altında seçkilərin keçirilməsi barədə razılığa gəlməlidir. Tədbirə Suriyadakı siyasi partiyalardan, müxalifətdən, həmçinin müxtəlif etnik qruplardan və konfessiyalardan təmsilçilər qatılacaq. Konqresin dəqiq vaxtını 3 ölkənin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və xüsusi xidmət orqanları müəyyən edəcək.

Putin onu da bildirdi ki, Suriya tərəfi konstitusiya islahatı aparmağa, BMT-nin nəzarəti altında azad seçki keçirməyə hazırdır.

Suriyanın daxili siyasətində nə baş verir?

İlk vaxtlar Suriya müxalifətini öz aralarında münaqişə yaşayan ayrı-ayrı qruplar təmsil edirdi. Suriya danışıqları üzrə Ali Komitə (Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən) sərt mövqedən çıxış edir və Əsədin prezidentlikdən getməsini tələb edirdi.

Moskva və Qahirənin dəstəklədiyi qruplar daha az radikal idilər. Ötən həftə məlum oldu ki, Ali Komitənin bir neçə yüksək vəzifəli şəxsi postunu tərk edib.
Deyilənlərə görə, onları bu addımı atmağa beynəlxalq aləmdən gələn təzyiqlər vadar edib. Müxalifətin Əsədə qarşı çıxmayacağı və onun postunu qorumasına imkan verəcəyi ehtimal edilir.

Noyabrın 22-23-də Ər-Riyadda Suriyadakı üç müxalif qrupun təmsilçiləri bir araya gəldi. Danışıqların məqsədi Suriyadakı böhranın həlli ilə bağlı müxalifətin bir araya gəlməsinə nail olmaq idi. 

Professor Açkar deyir ki, yeni qüvvə kifayət qədər çevik olub Əsədə müqavimət göstərməməli və ən azı keçid dövründə onun hakimiyyətdə qalmasına imkan verməlidir. 

Suriyalıların özünə gəlincə, Callad qanın tökülməsinin qarşısını alan və ölkədə əvvəlki həyatı bərpa edən istənilən qərarın onları qane edəcəyini düşünür: "Suriyalılar müharibədən o qədər yorulublar ki, onlar sadəcə evlərinə qayıtmağa və iqtisadiyyatı, infrastrukturu bərpa etməyə imkan verən hər hansı bir qərarın qəbulunu gözləyirlər".  

Əsas oyunçular nə istəyir?


Açkarın sözlərinə görə, Vaşinqtonun Suriyaya xüsusi marağı yoxdur və orada nüfuz savaşına ehtiyac duymur. Ona görə də Suriyanı  Rusiyanın öhdəsinə buraxmağa hazırdır. Bir şərtlə ki, İran qoşunlarını Suriyadan çıxarsın və bu ölkəni tərk etsin: "Hələ prezident olmamışdan əvvəl Tramp demişdi ki, Rusiyanın Suriyadakı addımlarına mane olmayacaq və Əsəd Suriya prezidenti olaraq onu tam qane edir".

Ekspertin fikrincə, yerdə qalan oyunçular bu qərara yalnız tabe ola bilərlər. Məsələn, Səudiyyə Ərəbistanı Vaşinqtona qarşı getməyəcək. Baxmayaraq ki, Əsədin istefasını tələb edirdi və Rusiyanın münaqişəyə müdaxiləsinin əleyhinə idi. Türkiyə və İran da addımlarını Rusiya ilə koordinə edirlər. 

Maraqlı tərəflərdən biri də İsraildir. Ekspertlərə görə, Tel-Əviv Rusiyadan İranın Suriya üzərində təsirləri məhdudlaşdırılması ilə bağlı təminat almağa çalışır.

Suriya Demokratik Qüvvələri Raqqanı İŞİD-dən azad edəndən sonra kürd yaraqlılar ABŞ-ın dəstəyi ilə Suriyanın şimal-şərqinə nəzarət edirlər. Onların əlində neft yataqları da var ki, bu da danışıqlarda vacib "kart" ola bilər . 

Ekspertlər deyir ki, oyunçular Rusiya ilə razılaşa da bilərlər, razılaşmaya da. Amma hamı onu etiraf edir ki, Rusiya Suriyada vəziyyəti dəyişdi və onunla hesablaşmamaq mümkün deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar