Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Suriyadan çıxmağa tələsir


Putin Suriyadan çıxmağa tələsir – Suriyanın yeni Əfqanıstan olacağı qorxusu…


Vladimir Putin Suriya əməliyyatını başa çatdırmağa tələsir. Diplomatik dairələrdəki mənbələrin məlumatına görə, Kreml lideri martda keçiriləcək prezident seçkilərinə qədər Suriyadakı rus ordusunun böyük bir hissəsini çıxarmaq istəyir. Putin, Xarici İşlər naziri Sergey Lavrova göstəriş verib ki, bu məqsədə nail olunmasına imkan verən həll yolunu tapsın.

Moskvanın siyasi qərarı Dəməşqdəki siyasi dəyişikliklərlə bağlıdır, lakin Başər Əsədin oradakı rolu müəyyənləşməlidir. İran onu əvəzedilməz sayır.

Suriya lideri oturduğu kürsüyə görə, Rusiyaya borcludur. Rusiya istəyir ki, Dəməşqdə öz əlaltısı olsun və onun üçün bu funksiyanı kimin həyata keçirməsi elə də prinsipial deyil. Ona görə də, müharibədən sonrakı dövrdə danışıqlarda Əsədi qurban vermək olar. İran isə öz müttəfiqindən imtina etmək istəmir. O, Əsədi özünün Suriyadakı maraqlarının təminatçısı sayır və vəziyyətin dəyişiləcəyi təqdirdə şiə dəhlizinin qapanacağından ehtiyat edir. İsrailin özünə birbaşa təhlükə saydığı bu dəhliz Tehrandan Aralıq dənizinə qədər uzanır.

Başqa tərəfdən Putin yaxşı bilir ki, danışıqlarda sözsüz ki, Moskva ön cərgədə dayanır. Bu, Rusiya, Türkiyə və İran prezidentlərinin Soçi görüşü zamanı da özünü biruzə verirdi. Amma hər halda danışıqlar hansısa formada anti-Əsəd müxalifətinin müxtəlif iştirakçılarını birləşdirməlidir. Diplomatik dairlərdəki mənbələrə görə, bu niyyətlərini yerinə yetirmək üçün hal-hazırda Lavrov İran və Türkiyə ilə Astanada başlanmış razılaşma prosesinə üstünlük verir.

Amma ola bilər ki, Moskvanın digər bir fəaliyyət variantı var. Həmin varianta görə, BMT-nin qalxanı altında Cenevrədə keçirilən danışıqları yenidən dəyərləndirərək, ərəb ölkələrini, Avropanı və ABŞSuriyanın bərpasına cəlb etmək nəzərdə tutulur.

Ancaq məsələ ondadır ki, danışıqların gedişində nələrin baş verdiyini yaxşı bilən Lavrov, Putinin təzyiqi altında yenidən Cenevrəyə qayıdarmı? Suriya böhranından bu cür siyasi çıxış yolu tapmaq asan iş deyil. Putin Trampa etibar edə bilməz. Çünki onlar arasındakı sonuncu telefon danışığı zamanı Tramp bildirib ki, o, bu məsələ ilə məşğul olmaq istəmir.

Suriyadan ordunun çıxarılması Putin üçün yaxşı seçkiqabağı gediş ola bilər. Putinin məqsədi seçkilərdə möhtəşəm nəticə ilə qalib gələrək, özünə verilən səslərin və həm də ki, seçkiyə gələnlərin sayını artırmaqdan ibarətdir. Məsələyə bu kontekstdən yanaşdıqda, onda Rusiyanın Suriyaya müdaaxiləsi ikiqat vacibdir.

Bir tərəfdən Moskvanın hərbi uğurunu inkar etmək olmaz və bu Putinin mövqeyni həm beynəlxalq arenada və həm də Rusiyanın daxilində möhkəmləndirir. Digər tərəfdən isə, rusiyalılar münaqişənin inkişafından narahatdırlar. ”Levada-Mərkəz”in bir ay əvvəl keçirdiyi rəy sorğusuna görə, demək olar ki, rusiyalıların yarısı (49%) hesab edir ki, Kreml Suriyadakı əməliyyatlara son qoymalıdır. Rəyi soruşulanların 30% isə əksinə, iki il bundan öncə başlanmış müdaxilənin davam etdirilməsinin vacibliyini bildirirlər. Lakin yəqin ki, Moskva üçün ən təlaşlı məqam ondan ibarətdir ki, rəyi soruşulanların 32 faizi Suriyanın yeni Əfqanıstan ola biləcəyini düşünür.

Putin anlayır ki, Suriyaya olunan müddətsiz müdaxilə bumeranq kimi geri qayıda bilər. İraqdakı müharibədən sonrakı dönəmdə kiçik Corc Buş belə bir halla qarşılaşmışdı. Rusiya təminatlı hərbi bazalarının olması şərti ilə, oradan qalib kimi çıxaraq, Suriyadakı hərbi iştirakını azaltmaq istəyir. Kreml həqiqətən də özünün Himeymimdəki hərbi-hava bazasını və Tartusdakı hərbi-dəniz bazasını saxlamaq niyyətindədir. Bundan başqa, o, təsir sferasının bölünməsi çərçivəsində Tehran və Ankara ilə razılaşmya əsasən, istəyir ki, gərginlik zonasının bəzi yerlərində hərbi kontingent saxlasın.

Bütün bunlarla yanaşı bəzi KİV-lərdəki məlumata görə, Suriyada həmçinin “Vaqner qrupu” adlanan Rusiya muzdluları da var. Belə ki, onlar dövlət medalları ilə təltif olunublar (əksəriyyəti ölümündən sonra). Bu isə Suriya əməliyyatlarında onların ən azından Putinin səssiz razılığı ilə vuruşduqlarından xəbər verir.(azpolitika.info)

(“La Stampa”-İtaliya)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar