Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

Rusiyanın Suriyadakı qoşun qruplaşmasının komandanının dəyişəcəyi gözlənilir


Bu barədə RİA Novosti agentliyi Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirir.

Məlumata görə qoşunlara yenidən Hava Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovkin komandanlıq edəcək. “Belə imkan hazırda müzakirə olunur”-mənbə deyib.

Bildirilir ki, general Surovkin Suriyaya ezam edilsə yenə də Hava Kosmik Qüvvələrinin komandanı kimi qalacaq. Amma səlahiyyətlərini müavinlərindən biri icra edəcək.

Hazırda Rusiyanın Suriyadakı qoşun qruplaşmasına general-polkovnik Aleksandr Juravlev komandanlıq edir. O, həmin vəzifəyə 2016-cı ildə bir dəfə təyin edilib. Surovkin isə qruplaşmaya 2017-ci ilin iyun-dekabr aylarında komandanlıq etmişdi.

Ehtimal ki, komandanın dəyişdirilməsi rotasiya ilə bağlıdır. Lakin bu dəyişiklik Suriyadakı rus muzdlu qüvvələrinin Amerika aviasiyası tərəfindən darmadağın edilməsindən sonraraya təsadüf edir.

Prezident Vladimir Putin ötən ilin dekabrında Suriyadakı Hmeyminm aviabazasına gedərək qoşunların bu ölkədən çıxarılmasına dair əmri elan etmişdi. Lakin Rusiya kontingentinin çox az hissəsi çıxarılıb. Üstəlik dekabrın sonunda Hmeymim aviabazasına minomyot zərbələri endirilib və bir neçə təyyarə sıradan çıxarılıb. Daha sonra baza kütləvi dron hücumuna məruz qalıb.

RBK agentliyi Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiyanın Suriyadakı Hmeymim və Tartus hərbi bazalarının ərazisində mobil rabitə bloklanıb. Bu barədə əmri Baş qərargahın 8-ci idarəsinin rəisi, general Yuri Kuznetsov imzalayıb. Əmrə əsasən 2G və 3G siqnalları bloklanır, hərbçilərə isə əvvəlcədən xəbərdarlıq olunub ki, düyməli mobil telefonlara keçsinlər. Bu əmr bazaya yeni dron hücumunun qarşısını almaq və güman ki, informasiya sızmasını əngəlləmək məqsədi daşıyır.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar