Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Serji Qarabağ güzəştinə məcbur etməyə hazırlaşır


Artıq xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan SSRİ-nin II dünya müharibəsindəki qələbəsinin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək təntənəli mərasimdə iştirak edəcəklər


Nüfuzlu erməni nəşri olan “Lragir”in əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Moskvada İ.Əliyev və S.Sərkisyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə hazırlaşır.

PİA.AZ virtualaz.org-a istinadən xəbərə verir ki, “Lragir” yazır ki, Putin həmin görüşdə tərəflərə Qarabağ münaqişəsinin həllinə dair özünün son variantını təqdim etməyi planlaşdırır.

“Lragir” öz mötəbər mənbələrinə istinadən yazır ki, Putin Ermənistanı bu Qarabağ planını qəbul etməyə məcbur etməyə hazırlaşır. Həmin plana görə, rəsmi İrəvan kompromislərə və real güzəştlərə getməlidir.

Yada salaq ki, AzərbaycanErmənistan dövlət başçılarının Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən danışıqlarının birinci raundu ötən ilin avqustunda - AzərbaycanErmənistan qoşunlarının təmas xəttində vəziyyət kəskinləşəndən dərhal sonra Soçi şəhərində baş tutub.



Rusiya Dövlət Dumasının üzvü Dmitri Savelyev bir neçə ay öncə virtualaz.org saytına müsahibəsində Soçi danışıqlarının sensasion təfərrüatlarından danışmışdı.

Xatırladaq ki, Rusiya, AzərbaycanErmənistan prezidentlərinin Soçi görüşü zamanı tərəflər arasında çox ciddi razılaşmalar əldə olunmuşdu. Həmin razılaşmalar Azərbaycanın işğal olunmuş ərazilərinin mərhələlərlə azad edilməsinə dair çoxsaylı mübahisəli məsələlərin həllini nəzərdə tuturdu. Bu razılaşmanın yerinə yetirilməsi qoşunların təmas xəttindən qansız-qadasız geri çəkilməsinə və 1 milyon azərbaycanlı qaçqın-köçkünün öz yurdlarına qayıtmasına imkan verərdi. Paralel olaraq isə Qarabağın gələcək statusunun referendum yolu ilə müzakirəsi üçün imkanlar yaranardı.

Deputat D.Savelyevin sözlərinə görə, əvvəlcə hər iki tərəf Rusiyanın bu təklifinə razılaşıb, bu da münaqişənin nəhayət ki, sona çatmasına olan ümidləri gücləndirirdi. Rusiya Prezidentinin Administrasiyası və Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistanın maraqlarını nəzərə almaqla iki ölkə arasında sülh əldə olunmasının daha məntiqi formulunu irəli sürmüşdü.

Rusiyanın məmnun edən məqam da bundan ibarət idi ki, həmin formul münaqişə vəziyyətində olan hər iki ölkənin prezidentləri tərəfindən qəbul olunmuşdu. Lakin bu “Soçi razılaşması” sonradan S.Sərkisyan tərəfindən pozuldu.

“Lragir” nəşrinin verdiyi məlumata görə, mayın əvvəlində Moskvada keçiriləcək görüşdə Putin hər iki prezidentlə yenidən danışıqlara başlamağı və tərəfləri münaqişənin tənzimlənməsinin Rusiya variantının müzakirəsinə qaytarmağı planlaşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar