Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Rusiyası Suriyada oyundan, yoxsa döyüşdən çıxır?!

Bu gün dünyada ən çox müzakirə olunan məsələlərdən biri də Putinin- RF-nin Suriyadakı hərbi qruplaşmasının əsas hissəsinin oradan çıxarılması barədə – gözlənilməz görünən əmrinin arxasında duran həqiqi səbəblərin nə olmasıdı


Bəs həqiqi səbəblər hansılardı? 

1. Başlıca geopolitik səbəb, uzun müddətdən sonra ABŞ-ın yenidən dünya məsələlərinin, konkret olaraq Suriya məsələsinin həllində Rusiyanı tərəf müqabil kimi qəbul etməsi, onun maraqlarını nəzərə almasıdı. Putin Rusiyası, rus dərin dövləti bunu, kiçik olsa da, simvolik geopolitik qələbə hesab edir. Çünki, soyuq müharibənin bitməsindən, SSRİ-nin və ikiqütblü dünya nizamının dağılmasından, xüsusən də postsovet məkanındakı məğlubiyyətlər seriyasından (Baltikyanı respublikaların, Gürcüstanın, Moldovanın, xüsusən də Ukraynanın itirilməsi, onların RF-nin geopolitik təsir dairəsindən çıxması) sonra ABŞ və Qərb RF-ni yalnız böyük regional dövlət hesab edir və qlobal məsələlərdə bərabərhüquqlu tərəfmüqabil kimi qəbul etmir.

Buna görə də RF-nin qlobal oyunçu kimi ABŞ-la bir yerdə atəşkəs barədə razılaşma əldə etməsi – geopolitik nəticələri baxımından – Kremldə yüksək qiymətləndirilir.

2. RF-nin, onun HKQ-nin Suriyada hərbi əməliyyatlara son verməsinin və Putinin hərbi qüvvələrin əsas hissəsinin ordan çıxarılması barədə əmr verməsinin başlıca geopolitik səbəblərindən biri də, onun geopolitik potensialının yetərsizliyi, eyni zamanda iki böyük regional qarşıdurma cəbhəsində- Avropada vəOrta Şərqdə (Doğu) ABŞ və Qərblə uzunmüddətli geopolitik qarşıdurmada şansının olmamasıdı. Ona görə də, Rusiya Suriyada əldə etdiyi ilə qane olmalı və dərinə getməməli idi. Necə ki etdi.

3. Başlıca geostrateji, eyni zamanda hərbi-strateji səbəbsə, onun geopolitik potensialı ilə brabər geostrateji potensialının da yetərsiz olması, ABŞ və Qərblə- öz sərhədlərindən çox uzaqda- uzunmüddətli strateji qarşıdurmada da şansının olmamasıdı.

 Öz geopolitik və geostrateji durumunu nəzərə alan RF, Suriya başda olmaqla, “O.Şərq cəbhəsi”nin tezliklə bağlanmasında və bütün strateji gücü, enerjisi və diqqətinin “Avropa cəbhəsi”nə yönəldilməsində maraqlıdı.

4. Əsas siyasi-diplomatik səbəb, RF-nin “gələcək Suriya” məsələsində- Suriyanın yenidən qurulmasında ABŞ-la prinsipcə gizli razılaşma əldə etməsi və öz maraqlarını- Tartus və Himeymim hərbi bazaları başda olmaqla- qoruya bilməsi, onların gələcəyinə ilkin təminat ala bilməsidi. Bunu həqiqətən də RF xarici və regional siyasətinin uğuru hesab etmək olar.

Bundan sonra RF-nin Əsəd məsələsində əvvəlki kimi dirəniş göstərməyəcəyi, əksinə Baas (Hizbul-Ba’ath) rejiminin Əsədsonrası Suriya quruculuğunda iştirak edəcək nümayəndələri və müxalifətlə daha sıx iş birliyinə gedəcəyi və ya ona səy göstərəcəyi gözləniləndir.

Yeri gəlmişkən, RF-İİR münasibətlərinin son dövrdə soyuma əlamətləri göstərməsinin əsas səbəblərindən biri məhz RF-nin ABŞ-la gizli anlaşması və Əsədi prinsipcə gözdən çıxarmasıdı.

5. RF-nin bu analaşmaya getməsinin əsas iqtisadi səbəbi, dünya bazarında neftin qiymətinin düş(ürül)məsi və Ukrayna böhranına görə tətbiq edilən sanksiyaların getdikcə ağırlaşan iqtisadi və sosial-iqtisadi nəticələridi.

6. Heç şübhəsiz, əsas səbəbərdən biri də, ictimai rəyin idarə edilməsi, radikallaşmaqda olan şovinist rus cəmiyyətinin növbəti “yeni böyük qələbə” ilə “yemlənməsi”di.

Sonda onu da qeyd edək ki, Suriyada, eyni zamanda Böyük O.Şərqdə oyun da, RF-nin bu oyundakı iştirakı da hələ uzun müddət davam edəcək. RF oyundan deyil,- yuxarıda göstərilən səbəblər üzündən- döyüşdən, ən başlıcası isə ABŞ-la qarşıdurmadan, əldə etdiyinə qane olaraq, vaxtında çıxmaq istəyir.

Bu məsələdə həlledici amilsə, tərəflərin əldə edilən ilkin prinsipial gizli razılaşmaya nə qədər və nə vaxta qədər əməl edib-etməyəcəyi olacaq. Bu çox kövrək razılaşmanın pozulmasına səbəb olacaq amillərsə çoxdur. Ona görə də perspektivə çox ehtiyatlı yanaşılmalıdı.(musavat.com)

Sülhəddin ƏKBƏR


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Putin Rusiyası Suriyada oyundan, yoxsa döyüşdən çıxır?!

Ən çox oxunanalar