Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Qarabağa görə Ollanda zəng vurdu, Dövlət Departamenti bəyanat yaydı


ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsinə dair diplomatik səyləri intensivləşib


PİA.AZ Virtulaz.org-a istinadən xəbər verir ki, dünən axşam Rusiya prezidenti Vladimir Putin Fransa dövlət başçısı Fransua Ollandla telefon danışığı aparıb.

 Kremlin yaydığı məlumata əsasən tərəflər Ukrayna məsələsini, Böyük Britaniyanın Aİ-dən çıxmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Putin Ollandı iyunun 20-də Sankt-Peterburqda AzərbaycanErmənistan prezidentləri ilə keçirdiyi danışıqların nəticələri barədə məlumatlandırıb. Tərəflər inam ifadə ediblər ki, bu görüşdə əldə edilmiş nəticələr danışıqlar prosesinin irəliyə aparılmasına imkan verəcək.

ABŞ Dövlət Departamenti isə dövlət katibi Con Kerrinin AzərbaycanErmənistan prezidentləri ilə telefon danışıqlarına dair rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Con Kerri İlham Əliyev və Serj Sərkisyanı son həftələrdə atəşkəsin əsasən təmin olunduğu Dağlıq Qarabağada “gərignlikdən qaçmağa” çağırıb.

“O, (Kerri) müsbət mənada qeyd edib ki, təmas xəttində atəşkəs son həftələr ərzində böyük ölçüdə təmin olunur və prezidentləri sülh prosesinin irəli aparılması üçün gərginlikdən qaçmağa çağırıb”-məlumatda deyilir.

Dövlət katibi habelə ABŞ-ın münaqişənin “hərtərəfli nizamlanmasına kömək göstərməyə” hazır olduğunu ifadə edib və liderləri Minsk Qrupu çərçivəsində dialoqu davam etdirməyə çağırıb.

Xatırladaq ki, bu telefon diplomatiyası AzərbaycanErmənistan prezidentlərinin Fransada baş tutacağı gözlənilən növbəti görüşü ərəfəsində baş verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar