Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi Rusiya tərəfindən “müstəqilliyinin” tanınmasının 10 illiyi münasibətilə yubiley tədbirləri keçirməyə hazırlaşır


Və bu tədbirə Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedyev, habelə Cənubi Osetiya “respublikasını” tanıyan Venesuelanın prezidenti Nikolas Maduro, Nikaraqua prezidenti Daniel Orteqa, Suriya diktatoru Bəşər Əsəd Sxinvaliyə dəvət olunublar. 

Habelə separatçı Cənubi Osetiya rejimi digər qondarma “respublikaların”-Dnestryanı bölgənin, Abxaziyanın və Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərlərini də həmin tədbirə dəvət edib. Bundan başqa Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası”nın rəhbərləri də dəvətlidir.

Lakin hələlik tədbirə BMT üzvü olan dövlətlərdən hansının nümayəndə heyəti göndərəcəyi məlum deyil. Rusiya Cənubi Osetiyanı və Abxaziyanı 2008-ci il avqustun 26-da tanıyıb.

Bu günlərdə qondarma Abxaziya “respublikası” özünün “xarici işlər nazirliyinin” yaradılmasının yubileyini qeyd etmişdi və həmin mərasimdə Rusiya XİN-in yüksək vəzifəli diplomatı qondarma “dqr xarici işlər nazirliyinin” nümayəndəsi ilə bir masa arxasında oturmuşdu. Rəsmi Bakı buna etiraz edib və Rusiya XİN-in hərəkəsini regionda sülhə xidmət etməyən addım adlandırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar