Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin, Əliyev və Sarkisyan razılığa gəldilər

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan həlli Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqiyə gətirib çıxarmağa imkan verəcək bir sıra məsələ üzrə razılığın əldə olunduğunu bildiriblər


Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, Sankt-Peterburqda bu gün keçirilmiş görüşün yekunlarına görə liderlərin bəyanatında deyilir:

«Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqiyə gətirib çıxarmağa imkan verəcək bir sıra məsələ üzrə razılıq əldə olunub».

*   *   *

Sankt-Peterburqda Rusiya, AzərbaycanErmənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü başa çatıb. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub",deyə Rusiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır. S. Lavrov dövlət başçılarının müşaiyətsiz və köməkçisiz görüşdüyünü də söyləyib.

*   *   *

Sankt-Peterburqda Rusiya, AzərbaycanErmənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.

Görüş Peterburqun Konstantinov Sarayında keçirilir. Görüşdə Rusiya xarici işlər naziri Sergey LavrovATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

Bundan əvvəl isə V. Putin AzərbaycanErmənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar