Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Püskürən vulkanın ətrafındakı evlər siyahıya alınır


“Keyrəki palçıq vulkanı ətrafındakı evlər nəzarətdə saxlanılır”


Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda  ərazidə yerləşən evlərin siyahıya alınması işləri aparılır.  
 
Məlumatda qeyd edilib ki, Keyrəki vulkanı Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir.
 
İcra Hakimiyyətindən bildirilib ki, vulkanın təsir dairəsi ərazisində tikilən evlərin böyük əksəriyyəti qaçqın və köçkün ailələrinə məxsusdur.
 
Nazirlər Kabinetinin 29 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Keyrəki vulkan dağının 31,35 hektar torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliynə verilib. Həmin 31,35 ha ərazidə hazırda heç bir yaşayış evi yoxdur.
 
Qoruğun ətrafında mühafizə zolağı müəyyən edilib. Əraziyə 20-dən artıq xəbərdarlıq lövhələri yapışdırılıb. Yerli sakinlərə üzərində vulkanlarla bağlı məlumatlar olan təqvimlər paylanıb. Maarifləndirmə işləri mütəmadi aparılır. Ərazi aidiyyəti qurumlarla birlikdə nəzarətdə saxlanılır.
 
Qeyd edilib ki, həmin ərazidə yaşayanların köçürülməsi ilə bağlı İcra Hakimiyyətinə hər hansı bir məlumat daxil olmayıb.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar