Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Püşkatmada ediləcək yeniliklər açıqlandı


Dünya Güləş Birliyi 2017-ci il Dünya çempionatının püşkatma sistemində ediləcək yeniliklər barədə məlumat verib


Belə ki, 2016-cı ildə keçirilən Rio Olimpiadası və qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya Çempionatı, 2017-ci ilin Qitə çempionatlarının yekununda qazanılmış xalların nəticəsinə əsasən, hər çəki dərəcəsində ilk dördlükdə qərarlaşmış idmançılar püşkatmada iştirak etməyəcək.

PİA.AZ goal.az-a istinadən xəbər verir ki, çəki dərəcələrində iştirakçılarının sayı da xalların hesablanmasına təsir edəcək. Məsələn, qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatında 70 kq çəkidə 40 iştirakçı olacağı təqdirdə çempion 25 + 40 = 65 xal qazanacaq. Belə olan halda, iştirakçı sayı çox olan yarışlarda xallar da yüksək olacaq. 

İdmançı xalları fərdi qaydada qazanır. Əgər 2017-ci ilin Dünya çempionatına Rio Olimpiadasının iştirakçısı olmayan idmançı gedərsə o, püşkatmada iştirak edəcək. 

Reytinqdə ilk sırada olan idmançı yarış protokolunda ən üst qrupda yer alacaq. Reytinqin üçüncüsü yuxarı qrupun sonunda, ikinci olan idmançı isə protokolun aşağı qrupunun ən üstündə mübarizəyə qoşulacaq. Reytinqin 4-cüsü olan idmançı isə protokolun aşağı qrupunun sonunda yer alacaq. 

Püşkatmada iştirak etməyən idmançılar təsnifat mərhələsindən azad ediləcək. Əgər püşkatmanın nəticəsində idmançılardan 3 nəfəri təsnifat mərhələsindən azad edilirsə, bu halda reytinqdə 4-cü olan güləşçi təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Əgər 2 nəfər azad edilirsə reytinqdə 3-cü və 4-cü olan idmançılar, 3 nəfər azad edilirsə 2-ci, 3-cü və 4-cü olan idmançılar mübarizəyə təsnifat mərhələsindən başlayacaq. 

Əgər ilk dördlükdə qərarlaşan idmançılardan biri və ya bir neçəsi çempionatda  iştirak etməzsə onların yerini reytinqdə növbəti mövqelərdə qərarlaşmış idmançılar tutacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar