Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Puldan istifadə edilməyən ölkə: Kuba

Kuba haqda bunları bilirdinizmi?


Mənası “yaşamaq üçün gözəl bir yer” olan Kuba sözün həqiq mənasında öz adının haqqını verir.

Musavat.com Kuba ilə bağlı bəzi maraqlı məlumatları təqdim edir.

Bu ölkədə işsizlik yoxdur. Hər kəs təhsil aldıqdan sonra ixtisasına görə dövlət tərəfindən yönləndirilib, işlə təmin edilir. Kubada insanların maaşları arasında nəzərəçarpacaq dərəcədə fərq yoxdur. Misal üçün, ölkədə millət vəkili ilə ofisiant eyni səviyyədə maaş alır.

“Övladımın gələcəyi necə olacaq” sualı ölkənin vətəndaşlarını ümumiyyətlə düşündürmür. Qadınlar hamiləykən idman, sağlıq və doğulacaq olan uşağını sağlam yetişdirməklə bağlı dərslərə getməyə məcburdurlar. Uşaq dünyaya gəldikdən sonra dövlət onun bütün məsrəflərini öz üzərinə götürür və hər birinə eyni səviyyədə təhsil verir.

Bu ölkədə küçədə yatan evsiz insana rast gəlmək mümkün deyil. Misal üçün, dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-da 4 milyon evsiz insan küçələrdə yaşayır. Amma Kubada evi olmayan və küçədə qalmağa məcbur olan hər kəs dövlət tərəfindən tikilən evlərdə pulsuz olaraq qalır.

Tər qoxuyan insanlar yoxdur. Nə qədər qəribə səslənsə də, ölkədə hər ay vətəndaşlara sabun, şampun, ətirlər dövlət tərəfindən pulsuz olaraq verilir və hər biri Kuba istehsalı olan mallardır.

Dələduzluğa rast gəlmək mümkün deyil. Bütün müəssisələr, restoranlar dövlətə aiddir və orada işləyən ofisiantlar, işçilər məmur kimi qəbul edilir, maaşlarını dövlət ödəyir. Qiymətləri də dövlətin özü təyin etdiyi üçün müştərini, vətəndaşı aldatmaq mümkün deyil. Bundan başqa, bütün qida məhsulları Kuba vətəndaşlarına müəyyən limitlə pulsuz olaraq verilir. Limiti keçdiyinizdə isə, olduqca ucuza istədiyiniz şeyləri ala bilərsiniz.

Pul yoxdur. Kubada ən yüksək maaş 30 avrodur. Amma insanlar çox zaman buna da ehtiyac duymurlar. Çünki, zatən dövlət vətəndaşlarına bir çox şeyi pulsuz təmin edir. Ölkə daxilində seçdiyiniz istənilən istirahət mərkəzinə dövlət sizi pulsuz olaraq göndərir. Dünyadakı bütün ölkələrdə zənginlərin girə bildiyi, yoxsulların pulunun çatmadığı restoranlar, əyləncə mərkəzləri var.

Lakin, Kubada hər yerə, bütün restoran və əyləncə mərkəzlərinə girə bilərsiniz. Burada heç bir təbəqələşmə yoxdur. Çünki ölkədə puldan istifadə edilmədiyi üçün bir fəhlə və bir həkim eyni restoranlara gedib, eyni əyləncə mərkəzlərində istirahət edə bilər.

Uşaqlar universitet təhsillərini tamamlayana qədər öz büdcələri ilə qələm belə almırlar. Ən xırda ləvazimat belə dövlət tərəfindən artıqlaması ilə qarşılanır. Xəstəxana məsrəfləri və ya nəqliyyat ödənişlərindən də azaddırlar.

Ölkənin bütün vətəndaşları istədikləri yeməkləri rahatlıqla yeyə bilirlər. Dövlət hər ay adambaşına iki kilo qırmızı ət paylayır. Misal üçün, 4 nəfərlik bir ailəyə, ayda 8 kq ət verilir. Belə bir şey isə dünyanın heç bir yerində yoxdur.

Bütün qida məhsulları təbiidir. Buna görə də, toyuq ferması qurmaq dövlət tərəfindən qadağan edilib. Toyuqlar həyətlərdə, təbii olaraq yetişdirilir. Əlavə hormonlardan istifadə edərək, süni yolla toyuq yetişdirmək qəti şəkildə qadağandır.

Ailələrdə münaqişələrə olduqca az rast gəlinir. Bu, demək olar ki, yox səviyyəsindədir. Buna səbəb isə, qadın və kişinin bir-birinə yetirdiyi ən xırda fiziki zərərdə həbs edilmələridir. Əgər bunu etsələr, 5 ildən başlayan həbs cəzası ilə cəzalandırılırlar.

Kubada sağlıq üçün də əndişə duymağa gərək yoxdur. 12 milyon vətəndaşı olan bu ada ölkəsi, tibbin inkişafına görə dünyada ilk cərgələrdə mövqe tutur. Ölkənin səhiyyə sistemində 50 min həkim çalışır. Onlar sadəcə öz ölkələrində deyil, bütün Cənubi Amerika ölkələrində, hətta Afrikanın bir çox yoxsul bölgəsində pulsuz sağlamlıq xidməti verirlər.

pia.az
Etiket:
loading...