Millimizin baş məşqçisi Robert Prosineçki hazırda U-21 millimizin düşərgəsində olan "Feyenoord"un futbolçsu Ozan Kökcünün oyununu izləyəcək
Qol.az-ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatın məlumat yayıb. Xorvatiyalı mütəxəssisin 18 yaşlı oyunçunu izləmək üçün yanvarın 13-ü Türkiyəyə gedəcəyi bildirilib.
Xəbərdə o da qeyd olunub ki, Türkiyə millisinin baş məşqçisi Fatih Terim də gənc oyunçu ilə maraqlanır.
O.Kökcünün atası Halis Kökcü bildirib ki, O.Kökcü və digər oğlu Orkun Kokcu Türkiyə millisində oynamaq istəyirlər:
"Uşaqlarımın ürəyi Türkiyədən yanadır. Onların tək arzusu bu formanı şərəflə geyinməkdir. Avropadakı hansı türk uşağından soruşursunuzsa, soruşun. Ən böyük şərəf o formanı daşımaqdır".
Qeyd edək ki, U-21 millimizin Antalyadakı təlim-məşq toplanışına Ozan Can Kökcü də dəvət olunub.
U-21 yığması yanvarın 12-də Almaniyanın "Rot Vays Erfurt", yanvarın 14-də isə Qazaxıstanın "Okjetpes” komandası ilə qarşılaşacaq.
pia.az