Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokurorluq Göyçaydakı ölümü araşdırır


Baş Prokurorluq Göyçay sakinin zəlzələ nəticəsində su quysuna düşərək ölməsi barədə yayılan məlumatlara münasibət bildirib


Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az - a verilən məlumatda deyilir: 

`Bəzi kütləvi informasiya vasitələrində Göyçay rayon sakini Ruhiyyə İbadovanın bu gün saat 09:49-da respublikanın şimal rayonlarında baş verən zəlzələ zamanı qorxaraq özünü su quyusuna atıb orada ölməsi barədə informasiyalar dərc edilib. Bununla əlaqədar bildiririk ki, sentyabrın 4-də saat 10:55-də Göyçay rayon prokurorluğuna rayonun Məlikkənd kəndində yaşamış, 1987-ci il təvəllüdlü Ruhiyyə İbadovanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Polis Şöbəsindən daxil olmuş məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib, meyitin müayinəsi aparılıb, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib. 

İlkin araşdırmalarla müəyyən edilib ki, R.İbadova həmin gün saat 10.00 radələrində həyətyanı sahəsini suvarmaq məqsədi ilə yaşadığı evin yaxınlığından keçən arxın içərisinə quraşdırılmış mühərriki işə salan zaman ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində 20 sm dərinliyində olan həmin arxa yıxılaraq orada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir və hadisənin zəlzələ ilə əlaqəli olması xüsusatları araşdırılır`.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar