Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokurorların səlahiyyətləri artırılır

Azərbaycanda prokurorluq orqanı əməkdaşlarının bir neçə maddə üzrə səlahiyyətləri artırılır


Bununla bağlı “Prokurorluq haqqında” qanunun 4-cü (Prokurorun fəaliyyət istiqamətləri) və 21-ci (Prokuror aktlarının növləri) maddələrinə əlavələr edilir, 27-ci maddə dəyişdirilir.

4-cü maddəyə təklif edilən əlavəyə görə, prokuror qanunla nəzərdə tutulmuş qaydada və hallarda eyni zamanda səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından da protest verə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edə biləcək.

Eyni müddəalar 21-ci maddəyə da əlavə edilir.

4-cü və 21-ci maddəyə edilən əlavələrlə əlaqədar 27-ci maddənin adı dəyişdirilərək bu redaksiyada verilir: “Məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest”. Maddənin mövcud adı belədir: “Məhkəmə qərarlarından protest”.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar