Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokurordan vəhabilərə 24 ilə yaxın cəza istənildi



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib


Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror N.Nəcəfovun 8 il 6 ay, V.Məmmədovun 7 il, V.Məmmədovun isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə iclası dekabrın 2-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslər bu ilin yanvar ayında Cinayət Məcəlləsinin 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlanılması) maddəsi ilə həbs ediliblər. İstintaq zamanı onlara Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələrlə də ittiham irəli sürülüb.

Belə ki, N.Nəcəfov və Məmmədov qardaşları Quba rayonu Nügədi kənd sakini Mərziyə Osmanovanı oğurlamağa cəhd ediblər. Adıçəkilən qadının Quba rayon Polis Şöbəsinin əməkdaşının bacısı olduğu deyilir. Məqsəd polis əməkdaşından bacısının qarşılığında pul almaq olub.

Qeyd edək ki, ittiham olunanlar vəhabi kimi tanınan sələfi əqidəli insanlardır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar