Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Professordan Konstitusiya Məhkəməsinə açıq məktub


Prof.Dr. Qüdrət İsaqov


Mülki Məcəllənin pul öhdəliklərinin icrasına aid olan 439-cu maddəsi 7 bənddən ibarətdir.

439.1-ci bənddə yazılıb ki, "Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər". 

Bu bənddən açıq-aydın görünür ki, manat Azərbaycanda əsas ödəniş vasitəsidir. Tərəflərdən ikisi də Azərbaycan vətəndaşlarıdırsa o zaman pul öhdəliyi hökmən manatla müəyyənləşdirilməlidir. Tərəflərdən biri xarici fiziki və hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyuta da müəyyənləşdirə bilərlər. Axırıncı cümlədən belə çıxır ki, tərəflərdən biri xarici fiziki və hüquqi şəxs olduqda belə pul öhdəliyi həm manatla, həm də xarici valyutada müəyyənləşdirə bilərlər. Yəni tərəflərdən biri xarici fiziki və hüquqi şəxs olduğu halda da pul öhdəliklərinin manatla müəyyənləşdirilməsinə üstünlük verilir.  Açıq-aydın şəkildə yazılıb ki, pul öhdəliyinin hökmən xarici valyuta ilə müəyyənləşdirilməsinə yol vermək olmaz.

Azərbaycan hökuməti, Azərbaycan Mərkəzi bankı, Ali Məhkəmə və məhkəmələr və Ədliyyə Nazirliyi, Konstitusiya məhkəməsi 439.1.-ci bəndin tələblərinin nə dərəcədə yerinə yetirldiyini, hansı bankların Mülki məcəllənin bu bəndini nə dərəcədə pozduğunu yoxlamalıdılar. Konkret şəkildə müəyyənləşdirilməlidir ki, dollarla pul öhdəliyini Azərbaycan vətəndaşlarına sırıyan banklar xarıcı hüquqi şəxslərdirmi? Yaxud həmin bankların kredit verdikləri Azərbaycan vətəndaşlarının gizli xarici vətəndaşlığımı var? 

Əgər banklar Azərbaycana məxsusdursa, vətəndaşlar həqiqətən də Azərbaycan vətəndaşlarıdılarsa, Azərbaycan vətəndaşlarını kütləvi şəkildə aldatdıqlarına görə bankların ən azı lisenziyaları ləğv edilməlidir.     

439.2. bənddə göstərilir ki,  "Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır."

Bu bənddə göstərilən "xarici valyutada olan pul öhdəliyi" ifadəsinin Azərbaycan vətəndaşlarına və Azərbaycan banklarına aidyyatı yoxdur. Yəni tərəflərdən biri ən azı xarici fiziki və ya hüquqi şəxs olmalıdır. Bu Mülki Məcəllənin 439.1.-ci bəndində açıq şəkildə yazılıb.

Mülki Məcəllənin 439.3., 439.4., 439.5., 439.6., bəndləri bütövlükdə bu yazının mövzusundan kənar olduğundan onları şərh etmirəm.

439.7. ci bənddə göstərilir ki,  "Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir."

Bu bənd 2 hissədən ibarətdir. Bu bəndin 1-ci hissəsi banklara Mülki Məcəllənin 439.1.-ci bəndini pozmağa imkan verir. Belə ki, 439.1.-ci bənd müqavilənin formasını müəyyən etsə də, 439.7.-ci bənd banka müqaviləni qanundan kənar formada yazmağa və bağlamağa şərait yaradır. 

Mülki Məcəllənin 439.7-ci bəndi 439.1-ci bəndə zidd olmaqla yanaşı, Konstitusiyamızın 19-cu Maddəsinə də ziddir. Konstitusiyamızın 19-cu maddəsində açıq şəkildə göstərilib ki,

Maddə 19. Pul vahidi

I. Azərbaycan Respublikasının pul vahidi manatdır.

III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. (2)

Azərbaycan Respublikasının Konstitusiyası bütün qanunlardan üstündür!

Mülki Məcəllənin 439.1.-ci bəndi Konstitusiyamızla tamamilə uyğundur.

Mülki Məcəllənin 439.1.-ci bəndi Konstitusiyamızda göstərildiyi kimi manatın əsas pul vahidi olduğunu, manatın əsas ödəniş vasitəsi olduğunu göstərir.

Mülki Məcəllənin 439.7.-ci bəndi isə manatımızı Konstitusiyamızın ziddinə olaraq aşağılayır, pul öhdəliklərində-yəni müqavilələrdə ayrı qaydalar müəyyən etməyə imkan verir.

Mərkəzi bankın sədri Elman Rüstəmovun da çıxışları Mülki Məcəllənin 439.1.-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsi ilə ziddiyyət təşkil edir. Bu çıxışlar manatın üstün roluna qarşıdılar.

Sonda qeyd etməliyəm ki, mən də bankdan kredit götürmüşəm. Bank mənim arzumun ziddinə və Azərbaycan Konstitusiyasının və Mülki Məcəllənin ziddinə müqaviləni dollarla yazıb. Mən bankdan 1 dollar da almamışam, mən bankdan manat almışam, mən bankdan aldığım manatı xərcləmişəm.

Mən banka kreditimi manatla ödəmişəm. Mən hər şeyi manatla etdiyimdən mənim müqaviləm yalançı bir kağızdan başqa bir şey deyil.  Mən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatımızın neft sektorundan asılılığının aradan qaldırılması haqqında onlarla məqalələrin müəllifiyəm. 

Mən və digər Azərbaycan vətəndaşları manatı bir günün içərisində 33% qiymətdən salmamayıb.

Azərbaycan bankları iqtisadi sektorun bir sahəsi olduğundan manatın məzənnəsinin 1 gündə 33% qiymətdən düşməsində əsas günahkardılar!

Azərbaycan bankları elə böyük faizlərlə kredit verirlər ki, onlar manatın dollara məzənnəsi nə qədər dəyişsə də heç nə itirməyəcəklər! Onlar xalqın inamını itirəcəklər!

Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Konstitusiyasını və Mülki Məcəllənin Konstitusiyamıza uyğun olan maddəsini müdafiə etmələrini və manatımızın nüfuzunu yuksəltmələrini istəyirəm!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar