Xəbər xətti

24 FEVRAL

22:00 Xocalı soyqırımı ilə bağlı Vyanada aksiya keçirilib

21:55 Şirvan sakini güllələndi

21:49 Fatih Terimin qızını belə yola saldılar - Fotolar

21:43 Bolqarıstanda həbsxanalarda etiraz mitinqləri başladı

21:37 Tacikistan prezidenti Azərbaycana gəlir

21:31 Bülbülə qəsəbəsində sakinlər yol tələbi ilə yolu bağlayıb

21:25 Somalidə iki partlayış: 38 ölü

21:19 Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi

21:12 Ermənilər “Xocalı” bukletinin paylanılmasına mane olmaq istədi -Video

21:05 Rusiya XKX rəhbəri İrəvanda nələri müzakirə etdi?

20:59 Bərdədə teplovozla yük avtomobili toqquşub - Foto

20:53 İstanbulda Xocalıya Ədalət Həftəsi başladı - Foto

20:45 Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib...

20:38 Bərdədə qamışdan tikilmiş ev yandı

20:31 Bakıətrafı qəsəbələrə elektrik qatarları işləyəcək - Açıqlama

20:24 Düşmənə bəraət qazandıran xainlər

20:17 İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

20:10 Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?

20:02 Zaur müğənniləri biabır etdi: “Pul verib xaricdən səslər alırlar”

19:58 Bakıda Xocalı soyqırımının qurbanlarını yad edirlər

19:52 Çin öz rekordunu təzələdi: ən uzun körpü - Video

19:46 DİN Xoşqədəmin verilişində baş verənləri ifşa etdi

19:39 Bakı-Quba yolunda ağır qəza – Ölən və yaralananlar var

19:33 İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanlayıb

19:27 Rusiya regiona daha iki Su-57 göndərdi - Səbəb

19:20 3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

19:13 Ali məktəb tələbələri üçün prezident təqaüdü artırıldı

19:06 Prezidentdən təhsillə bağlı - Sərəncam

19:02 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırıldı

19:00 “Ehtiyac ucbatından oxuyuram” - Mənzurə

18:54 “Amazon”dan satıcısız, kassasız mağaza

18:47 Beyl “Real”dan ayrılır? - Zidan açıqladı

18:40 MSK qərar verdi, yekun protokollar hazırlanacaq

18:33 Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib

18:26 Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

18:19 Ağdamda saxlanılan maşından elə bir şey tapıldı ki... - Foto

18:11 ABŞ İsraildəki səfirliyini 2018-ci ilin may ayında Qüdsə köçürməyi planlaşdırır

18:04 Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılıb

17:57 Bakıda 52 yaşlı kişi evdə ölü tapıldı

17:50 Azərbaycanda 27 yaşayış yerinin adı dəyişdirilə bilər

17:43 Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

17:36 “Toyunda qapıya bağladığımız qırmızı lentin rəngi hələ solmayıb” – Şəhid ömrü

17:29 “Real Madrid” və “Barselona” üçün asan rəqiblər

17:21 “Qarabağda vəziyyət elə gərgindir ki, hansısa artilleriya yaylım atəşi açılsa...”

17:14 Prezidentliyə namizədlərin sayı 15-ə çatdı

17:06 Birinci siniflərə qəbul üzrə 30 mindən çox sorğu daxil olub

16:59 Yeganə boşanma xəbərindən danışdı: “Qanuni ərimdir”

16:52 Yaxın 20 ildə Rusiya enerji ixracında lider qalacaq

16:45 Bakı məktəblərində “açıq dərslər”ə başlanılıb

16:38 “Zeytun budağı”: 1931 terrorçu məhv edilib

16:33 Azərbaycan XİN və Baş Prokurorluq: Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır

16:30 Ağdamda ər-arvad qazdan zəhərlənib

16:23 “Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı

16:15 Şövkət Mirziyayev Özbəkistanda Xruşşovsayağı “inqilab” edir

16:07 Özbəkistanın keçmiş baş prokuroru həbs olundu

15:57 Putinin daha iki ən yeni qırıcısı Hmeymimə endi

15:53 Azərbaycanlı müğənnilər Bodrumda restoran açdı

15:47 Siyavuş Novruzov: “Azərbaycanı indi idman ölkəsi kimi tanıyırlar”

15:41 Kadırov Stalini lənətlədi

15:36 ABŞ-ın qərarına Fələstindən cavab

15:30 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb

15:21 Rusiyaya finalda Almaniya rəqib oldu

15:16 Ata və oğulun söhbəti

15:11 Smartfonlar üçün yeni çip yaradılıb

15:05 Somalidə partlayış: azı 20 ölü

14:56 Mirzəyevin bacısı və yeznəsi niyə öldürüldü?

14:48 Məzahir Pənahov: “Bu, anlaşılmaz yanaşmadır”

14:44 Bakıda gənc oğlan bıçaqlanıb

14:39 Azərbaycan nefti bahalaşdı

14:31 Türkiyə ordusu 1931 terrorçunu məhv edib

14:26 Xızıda sürücünü öz maşını ilə 200 metr sürüdülər

14:22 Elman Fəttahın qardaşı qəzada vəfat etdi

14:17 Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

14:12 Qusarda itkin düşmüş qadın tapıldı

14:06 Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib

14:01 Müğənni Damlanın “YouTube” kanalı silindi

13:55 Sabahın hava proqnozu

13:50 Ermənistan hakim koalisiyası prezidentliyə namizədini irəli sürdü

13:46 ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

13:42 “Qarabağ” Türkiyədə ilin komandası seçilə bilər

13:35 Kabildə kamikadze özünü partlatdı: 1 ölü, 6 yaralı

13:32 Nərimanovda Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüş keçirilib

13:31 Hindistan ballistik raketi sınaqdan keçirtdi

13:19 Deputat Sona Əliyeva yaranmış problemə son qoydu

13:15 650 minlik avtomobil hansı məmurundur?

13:12 Azərbaycan deputatları Ərdoğanla görüşəcək

13:09 Bəxtiyar Hacıyev Şimali Koreya səfərindən danışdı

13:05 Ali Sunalın azərbaycanlı nişanlısı ilə toy tarixi bəlli oldu

12:56 Ağlamağa dərd axtarmaq adəti

12:49 Deputat: “Separatçıların “seçki şoularını” tanımırıq”

12:42 Bakıda ağacları kəsən adam saxlanıldı

12:38 Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

12:38 Böyük Britaniyadan İŞİD xəbərdarlığı

12:33 Millət vəkili: “Bizdə benzin niyə bahadır?”

12:27 Çingiz Abdullayev: “O, yaddaşlarda əbədi qalacaq”

12:24 Neft bahalaşıb

12:18 Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu – Əli Həsənovun nəvəsiymiş…

12:13 Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı

12:08 Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

12:04 BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

12:01 Əhəd Abıyev Gültəkin Hacıbəylini döyüb?

12:00 Lazer smartfonları enerji ilə dolduracaq

11:58 Səhləbad kəndində səyyar qəbul-görüş keçirilib

11:55 Polis maşını qəzaya düşdü: xəsarət alanlar var

11:52 Dünən axtarışda olan 60 nəfər saxlanılıb

11:48 Dəccal

11:47 Süni intellekt xəstəlik riskini proqnozlaşdırır

11:42 Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

11:41 “Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə...”

11:36 Ekspert: “ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək”

11:30 Başbuğ Ərdoğana qarşı iki partiyanı birləşdirir – İddia

11:25 Tovuzda yanğın: 2 ölü

11:21 Erməni diasporu Fətullayevi məhkəməyə verir

11:16 Bill Geyts məşhur serialda rol alacaq

11:12 Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

11:07 Məzahir Pənahova ağır itki

11:03 Məşhur aktrisa 97 yaşında vəfat etdi

10:59 “Azərbaycanı Moskvada nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”

10:55 Azərbaycan xaricə satdığı məhsulu, həm də xaricdən alır

10:51 Beyləqan və Ağcabədidə oğurluq edən çoban tutuldu



MÜSAHİBƏ

...

Prodüser Təranə: “O qadın mənə sevgili olmağı təklifi etdi”

Tarix 11.10.17, 13:04

Font ölçüsü : - / +
bitmap-img6

Ailem.az-ın bu dəfəki qonağı məşhur prodüser Təranə Səmədovadır


PİA.AZ müsahibəni təqdim edir:
 
- Təranə xanım, siz daha çox qalmaqallı prodüser kimi tanınırsınız. Son zamanlar isə şəxsi həyatınızla daha çox gündəmə gəlirsiniz. Maraqlıdır, hazırda həyatınızda kimsə var?
 
- Sağlam düşüncəli hər bir xanım istəyər ki, həyatı tam olsun. Amma uğursuz nikahım, münasibətlərim gətirib elə yerə çıxarırdı ki, deyirdim, bir daha şəxsi həyatımla bağlı danışmayacam. Sadəcə son zamanlar elə məqamlar baş verir ki, bəzi adamlar elə bilir mən təkəm, ona görə də başqa söhbətlər yaranır. Bunu gizlətməmək qərarına gəldim. Bəli, həyatımda hazırda dəyər verdiyim bir arxa-dayağım var.
 
- Onunla rəsmi evlilik düşünürsünüz?
 
- Mən illərdir, tək idim, tək başına övlad böyüdürdüm. Kimlərsə təklif edirdilər, amma qəbul etməməyimin başlıca səbəbi münasibətin ciddi olmamağı idi. Hazırda planımızda evlənməkdir və mənim üçün ən vacibi bu birlikdəliyin rəsmiləşməsidir. Bu yaxınlarda rəsmiləşdirməyə qərar vermişik. Mənim artıq bir dəfə toyum olub və ikinci toy iddiasında deyiləm. Sadəcə birlikdə olduğum insan subaydır. Onun taleyi ilə oynamaq istəmirəm. Əgər valideynləri məni qəbul edəcəklərsə, toy çalınmasının da əksinə gedəsi deyiləm.
 
- Hazırda bir çox şou-biznes nümayəndəsi razılaşdırılmış evliliklər edir...
 
- Mən bu cür saxta evliliyə razı olmaram. Əsas qadının xoşbəxt olmağı, ailənin sağlam sütunlar üzərində qurulmasıdır. Görüntü üçün, kiminsə gözündən pərdə asmaq üçün evlənənlərdən deyiləm. Görüntü üçün evlənsəydim, elə birinci ailə həyatımın dağılmasına razı olmazdım.
 
- Bəs ilk evliliyiniz hansı səbəbdən dağıldı?
 
- Səbəbi o qədər qəlizdir ki. Mən indiyə qədər bəzi məqamlar barədə susub danışmamışam. İndi də həyatımın yeni astanasında ondan danışmaq istəmirəm. Onu deyim ki, ayrılmağımızı istəyən tərəf mən oldum.
 
- Müsahibələrinizin birində demisiniz ki, ailədə şiddət görürdünüz. Bu idimi səbəb?
 
- Şiddət - ayrılmağa qərar vermək üçün olan səbəblərdən sadəcə biri idi. Təbii ki, şiddət də var idi. Mən hətta bu şiddətə ailə həyatımın dağılmaması üçün göz yumurdum. Axırda cana yığıldım ki, bu qədər səbəb var, hələ bir mən döyülməliyəm də?! Yəni ən son səbəb o idi.
 
- Deyəsən bu səbəblər arasında sonsuzluq da var idi...
 
- Bəli, bu səbəblərdən biri də sonsuzluq idi. Geriyə dönüb xatırlamaq istəmirəm. O dönəmdə yaşadığım stresslər, problemlər sonradan mənim həyatımda baş qaxıncıma da çevrildi. Boşandıqdan sonra insan olurdu ki, mənimlə ailə həyatı qurmaq istəyirdi, amma mənim sırf o insanla, yəni Kərimlə bir zamanlar evli olduğum üçün bundan vaz keçirdi.
 
- Bütün bu yaşadıqlarınıza görə peşmansınız?
 
- Xeyr, həyatımda baş verən heç bir şeyə görə peşman deyiləm. Bunlar mənim həyat dərsim olub. O hadisələr mənim başıma gəlməsəydi, mən yaxşı insanların qədrini bilməzdim. Şükr edirəm ki, sağlamam, Allah mənə sağlam bir övlad nəsib edib.
 
- Qızınızın dünyaya gəlməsi ilə bağlı sizə cəmiyyət tərəfindən böyük təpkilər olub. Bu cür reaksiyalar olacağını bilərək, nigahdankənar övlad dünyaya gətirməyi necə gözə aldınız?
 
- Mənim ailəm dağılanda hələ 24 yaşım var idi. Mən normal, sağlam insan həyatını 50 il sayıram. 50 ilin 25-ə doğru addımlayanda düşünürdüm ki, ailə həyatım oldu dağıldı. Övlad sahibi də olmadım ki, həyat stimulum olsun. Mən özümü sonsuz bilirdim. Çünki dəfələrlə müalicə almışdım. Hər dəfə həkimlər deyirdi ki, problem məndədir. Nədənsə kişidə də problem olacağını düşünmürdülər... Ağlıma gəlməyən bir məqamda bildim ki, bətnimdə uşaq var. Həmin vaxt sevgi münasibətində olduğum bir insan var idi. Mən ondan xahiş etdim ki, icazə ver, uşağımı dünyaya gətirim. O da dedi, ya mən, ya uşaq. Dedim, uşağı seçirəm. Sən mənim həyatımdan 3-5 il sonra getsən də, mənə övladım qalacaq. Amma bilmirəm, bu uşağı tələf etsəm, bir daha övlad sahibi ola biləcəmmi?
 
- Yəni deyirsiniz ki, sonsuzluq hissinə görə bu övladı nə olur-olsun dünyaya gətirmək istəmisiniz?
 
- Bəli, məhz bu səbəbə görə mən bu uşağı istəyirdim. Düşünürdüm ki, bu övladı itirsəm, bir də ana ola bilməyəcəm. Mən o zaman çox düşünüb bu qərarı verdim və uşağımı dünyaya gətirdim. Gəlib çatdıq uşağa doğum şəhadətnaməsi alma ərəfəsinə. Xəstəxanadan kağız verdilər ki, 10 gün müddətinə VVAQ-a getmək lazımdır. Getdim ora, şəxsiyyət vəsiqəmi verdim, dedilər, sizin 25 yaşınız tamam olub deyə bu vəsiqə dəyişməlidir. Mən də atası ilə bir yerdə getmişdim. O zaman alınsaydı, o, uşağa soyadını verəcəkdi. Amma şəxsiyyət vəsiqəsi düzələn ərəfədə düşündüm ki, bu, subay oğlandır, sabah ailə həyatı qurar, yoldaşı qısqanc olar, oradakı övladları bunu qəbul etməyə imkan verməz. O, 18 yaşına qədər uşağa icazə verməlidir ki, mənimlə ölkədən xaricə çıxsın və sair. Bunlar mənim üçün artıq problemlər idi. Ona görə bütün məsuliyyətləri öz üzərimə götürdüm.
 
- Bəs indi həyatınızda olan şəxs evləndikdə qızınıza öz soyadını verəcəkmi?
 
- İndi münasibətdə olduğum insan bununla bağlı mənə bircə sual verdi ki, atası Sueli görürmü, ona soyadını veribmi? Mən də dedim yox. Sonra başqa bir müzakirəmizdə dedi ki, biz münasibətlərimizi rəsmiləşdirəndə, ikinci övladımız olanda qızımı da özünə övladlığa götürəcək. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilərmi?
 
- Qızınızdan söz düşmüşkən, artıq səkkiz yaşı var və bəzi məsələləri dərk etməyə qadirdir. Özü atasının kimliyini bilirmi, onunla görüşürmü?
 
- Bəli atasının kimliyini bilir, amma görüşməyib. Atası Suelin ağlı kəsmədiyi vaxtda bir-iki dəfə gəldi, sonra yox. İki il əvvəl Suel gəlib mənə dedi ki, atamla danışmaq istəyirəm. Soruşdum əminsən? Dedi hə. Zəng vurdum, dedim, uşaq səninlə danışmaq istəyir. Danışdılar. Dəstəyi aldım, soruşdum, necəsən, ailə həyatın necə gedir? Dedi, oğlum olub, təbrik etdim. Onda Suel mənə dedi ki, bir də atamla danışmayacam, onun başqa ailəsi, uşağı var. Bu, mənim səhvim idi, bəlkə də o zaman uşağımın psixologiyasını düşünməliydim.
 
- Bəs qızınız son zamanlar sizinlə bağlı yaşanan qalmaqalları, haqqınızda deyilən bütün bu söz-söhbətləri eşidirmi, reaksiyası necə olur?
 
- Mənə yazılan şərhlərdən xəbəri yoxdur. Amma bu yaxınlarda televiziyada qalmaqallı süjet getdi. Bir xanım mənim haqqımda danışırdı. Suel dedi ki, mama, mən o xanımı üzbəüz görmək istəyərdim. O sənə deyir ki, sən məndən betərsən. Sənin ondan betərliyin nədədir görəsən? O qədər sağlam düşüncə ilə soruşdu ki...
 
- Ona nə cavab verdiniz?
 
- Heç nə, dedim, ehtiyac yoxdur sənin onunla üzbəüz gəlməyinə.
 
- Sizcə, bütün bu söz-söhbətlərdə siz günahkarsınız?
 
- Xeyr, mən süddən çıxmış ağ qaşıq deyiləm. Hər kəs kimi, mənim də səhvlərim var. Amma biabırçılıq adı veriləcək qədər ayıbım yoxdur.
 
- Təranə xanım, hansı zərərli vərdişləriniz var?
 
- Belə vərdişlərim var idi. Bu yaxınlara qədər spirtli içki qəbul edirdim. Amma indi qətiyyən spirtli içki qəbul etmirəm. Bir dəfə də reyd vaxtı spirtli içki içdiyimə görə kameralara düşmüşəm. İndi hamı elə bilir ki, hər gün elə vəziyyətdəyəm. Eyni videoya baxıb yazırlar ki, bezdik ey bunun əlindən, hər dəfə içib oturur maşına.
 
- Bir müsahibənizdə deyirsiniz ki, falçı sizə nə deyibsə düz çıxıb. Falçıya tez-tez gedirsiniz?
 
- Elə vaxtlar olub ki, falçıya üz tutmuşam. 2008-ci ildə Anna Bagirova adlı bir falçının evində olmuşam, bir də 2011-ci ildə. Hər ikisində də mənə nə deyibsə, o olub. Axundov bağının yanında yaşayırdı. Ayrılan vaxtlarda getdim həmin baxıcının yanına. Mənə dedi, gələn il övlad sahibi olacaqsan, Allah səni mükafatlandırıb. Sən elə bir canlıya kömək etmisən ki, o, sənə alqış edib. Həmin falçıya gedəndə yolun ortasında qalmış bir pişiyi götürüb kənara qoymuşdum. Düşündüm ki, bu, nə boş-boş danışır, aylarla müalicə almışam, uşağım olmayıb heç. Amma bu möcüzə baş verdi. Uşaq olandan 3 il sonra yenə həmin baxıcının yanına getdim. Dedi, mən çox qorxulu şeylər görürəm. Yanımdakı insan barədə də dedi ki, ondan uzaq dur, ondan sənə uğursuzluq gələcək, mən silah görürəm. İki-üç il sonra həmin insandan ayrılmaq istəyəndə mənə silah çəkmişdi ki, ya səni öldürəcəm, ya da məndən ayrılmamalısan. Həmin pnevmatik rezin güllələrdən dördü ayağıma dəymişdi, amma mən şikayət etməmişdim. Polis sistemində işləyirdi deyə şikayət etmədim ki, onu işdən uzaqlaşdıracaqlar, ona pislik etmək istəmirəm. Amma özü-özünə elə pislik etdi ki, mənə ehtiyac qalmadı. Xeyli vaxtdır həbsxanadadır.
 
- Deyirsiniz ki, başqa falçıların yanına getmirsiniz? 
 
- İndi getmirəm. Çünki getdiyim başqa baxıcı bir dəfə mənə 50 qəpik verdi ki, bunu pul kisənə qoy. Həmin gündən aləm dəydi bir-birinə. Maşınımı cərimə meydançasına apardılar və s. Ona dedim ki, bu 50 qəpiyi məndən uzaqlaşdır. Dedi, səhv etmişəm, bu, dəmir puldur, sənə kağız pul yazmaq lazımdır...
 
- Neçə illərdir, şou-biznesdəsiniz, qarşılaşdığınız hansı hadisə heç yadınızdan çıxmır?
 
- Bir dəfə bir qadın mənə sevgili olmağımızı təklifi etdi. Mənə deyirdi ki, səni sevirəm. Mən də zarafatla ona deyirdim ki, mən də səni sevirəm. Sonra qayıtdı ki, mən ciddi deyirəm. Onu acıladım və özümdən uzaqlaşdırdım. Həmin insanın adını çəksəm, ulduzu parıldayar. Hazırda müğənni olmağa çalışır. Bu hadisə indi də yadıma düşəndə ətim ürpəşir.
 
pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru