Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Problemli kreditlərin həlli yolu varmı?


Sabiq nazir: “İlk növbədə ödənişi ümidsiz vəziyyətdə olan kreditlərin hansı mənbələr hesabına bağlanması yollarını tapmaq lazımdır”


“Problemli kreditlərin ödənilməsinin mənbəyi tapılarsa və onların bağışlanması baş verərsə, bu  addım  bütövlükdə bank sektorunun maliyyə vəziyyətinin yaxşılaşdırılması demək olacaq”.

Bu sözləri iqtisad elmləri doktoru Fikrət Yusifov problemi kreditlərin Milli Məclisdəki müzakirəsini şərh edərkən  PİA.AZ-a açıqlamasında qeyd edib.

Problemli kreditlərin həcmi artmaqda davam edir. Statistikaya görə, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi ötən il dekabr ayının 1-nə 1 milyard. 890,3 milyon manat təşkil edib. Bu illik müqayisədə 417,7 milyon manat və ya 28,4% çoxdur. Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 15,46% təşkil edir. Elə buna görə problemli kreditlər məsələsi Milli Məclisin aprel ayının 3-də baş tutan plenar iclasında da bir daha gündəmə gətirilib. 

İclas zamanı Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında bildirib ki, məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır və kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Digər deputatlar da bu fikirlə razılaşıb və öz təkliflərini də irəli sürüblər.  Bundan başqa, iqtisadçı ekspertlərimiz də bu il problemli kreditlərin həlli üçün mühüm qərarın verilə biləcəyini ehtimal edirlər. Belə ki, kredit portfelinin mühüm bir hissəsini problemli kreditlər təşkil etdiyinə görə, problemin həlli cavib amillərdən birinə çevirilib. 

Bəs görəsən problemli kreditlərin həlli üçün hansı addımların atılmasına ehtiyac var? Problemli kreditlərin müəyyən hissəsinin əhaliyə bağışlanması bank sektorundakı problemlərin də həllinə  təsir edə bilərmi?

 Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifovun fikirlərini öyrənib.

Картинки по запросу fikrət yusifov pia.az

Fikrət Yusifov:  “Problemli kreditlərin həlli bank sektorundakı müəyyən problemlərin həllinə də müsbət təsir edəcək”.


Problemli kreditlərin həlli ilə bağlı Mərkəzi Bankın verdiyi sözü tutmadığını və nəticədə problemli kreditlərin sayının daha da artdığını qeyd edən iqtisad elmləri doktoru Fikrət Yusifova görə, məsələnin həllini tapmasında əsas iş Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə düşür:

“2015-ci ilin fevral  və dekabr aylarında manatın iki kəskin devalvasiyasından sonra gündəmi zəbt etmiş bu mövzu ətrafında bu günə qədər kifayət qədər müzakirələr aparılıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, manatın kəskin ucuzlaşmasından sonra xarici valyutada götürülmüş kreditlərin milli valyuta ilə ödənişi sahəsində ciddi problemlər ortaya çıxdı. Xarici valyutada kredit götürmüş vətəndaşların manatla olan gəlirləri bu kreditləri qarşılamaq üçün kifayət etmədi. Məsələnin reallığını dərk edən Mərkəzi Bank rəhbərliyi başlanğıcda bu məsələdə vətəndaşlarımıza köməklik göstəriləcəyinə dair müxtəlif vədlər versə də, sonradan heç nə etmədi. Eyni yolu məsələnin həlli yolunu araşdırmaq üçün bir ay vaxt götürən Maliyyə Bazarlarına Nəzarət Palatası da keçdi. Ötən müddət ərzində parlamentdə bəzi deputatlar bu məsələni bir neçə dəfə gündəmə gətirsələr də,  problem bu günə qədər həll olunmamış qalır və vaxtı keçmiş kreditlərin həcmi gündən-günə artır. 

Belə ki, 2016-cı ilin yanvar ayında xarici valyuta ilə verilmiş kreditlərin ümumi həcmi 11,0 milyard manat, vaxtı keçmiş kreditlərin məbləği 655,1 milyon manat və ya xarici valyutada verilmiş kreditlərin 5,9% -i səviyyəsində olmuşdu. 2017-ci ildə bu rəqəmlər müvafiq olaraq 8,3 milyard manat, 894,2 milyon manat və 10,8% təşkil edib. Cari ilin yanvar ayında isə xarici valyuta ilə kredit qoyluşu 2016-cı ilin yanvar ayı ilə müqaisədə 56,8% azalaraq cəmisi 4,8 milyard manat təşkil etsə də vaxtı keçmiş kreditlərin həcmi 35,7% artaraq 889,0 milyon manata çatıb ki, bu da cari ilin yanvar ayında xarici valyutada verilən kreditlərin 18,7%-i deməkdir.  

Mövcud vəziyyətin aradan qaldırılması və bununla da həm bankların,  həm də əhalinin yaranmış çətin vəziyyətdən çıxarılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası sözdən işə keçməli və durumun sağlamlaşdırılması üçün hökumətlə birlikdə konkret addımlar atmalıdırlar. Bu addımlar ilk növbədə ödənişi ümidsiz vəziyyətində olan kreditlərin hansı mənbələr hesabına bağlanması yollarını tapmaqdan ibarət olmalıdır.

Problemli kreditlərin həlli bank sektorundakı müəyyən problemlərin həllinə də müsbət təsir edəcək. Belə ki,  problemli kreditlərin ödənilməsinin mənbəyi tapılarsa və onların bağışlanması baş verərsə, bu həm də bütövlükdə bank sektorunun maliyyə vəziyyətinin yaxşılaşdırılması demək olacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar