Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Problemli bankların müflisləşməsi manatın dəyərinin aşağı düşməsinə səbəb ola bilər?

İqtisadçı-ekspert: “Bu gün manatın məzənnəsinə birmənalı şəkildə təsir göstərən faktor manat bazasıdır. Bu baxımdan Mərkəzi Bank manat bazasının həcmi vasitəsilə milli valyutanın məzənnəsinə təsirləri qoruyub saxlayır”


“Gələcəkdə bankların sayının 20-yə endirilməsi istisna olunmur”.  

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov “Moody’s Investors Service” kredit reytinqi agentliyinin “Xalq Bank”ı  “çox yüksək riskli” bank elan etməsini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Nüfuzlu beynəlxalq kredit reytinqi agentliyi “Moody’s Investors Service” Azərbaycanda aktivlərinin həcminə görə 4-cü böyük bank olan “Xalq Bank”ı  “çox yüksək riskli” bank elan edib. Agentliyə görə, “Xalq Bank”ın aktivləri və gəlirliliyi təzyiq altındadır. “Moody’s” bildirir ki, reytinqlərin azaldılması, manatın devalvasiyalarının mənfi təsiri fonunda davamlı əlverişsiz şəraitdə fəaliyyət göstərən bankların kapital buferlərinin, maliyyələşmələrinin və likvidliklərinin pisləşməsini əks etdirir. Bu isə onu göstərir ki, Azərbaycan banklarının depozit problemləri günü-gündən böyüməkdədir. Hesab etmək olarmı ki, “Xalq Bank” vasitəsilə də Beynəlxalq Bankda olduğu kimi ölkənin maliyyə sektoruna ciddi ziyanlar vuran proseslərin olması gözləniləndir və bu, manatın yeni devalvasiyasına səbəb ola bilər? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrənib.

Image result for vwqar bayramov

Vüqar Bayramov: “Digər bankların, xüsusilə də problemli bankların bu gün  bank sektoruna təsirləri  “Beynəlxalq Bank” qədər deyil”.


“Beynəlxalq Bank”dakı problemlərin manatın məzənnəsinə təsir etmədiyini vurğulayan Vüqar Bayramova görə, bu hal sadəcə olaraq bank sektoruna olan inama zərbə vurur:

“Rəsmi məlumatlara görə, hazırkı şəraitdə 4 bankın problemi daha ciddidir və bu bankların sağlamlaşdırılması istiqamətində müəyyən addımların atılması nəzərdə tutulur. Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda 20 bank sistem əhəmiyyətli hesab olunur. Bu isə o deməkdir ki, gələcəkdə bankların sayının 20-yə endirilməsi istisna olunmur. Çünki sistem əhəmiyyəti olmayan bankların problemləri daha geniş olur və çox təəssüf ki, banklar xüsusilə neftin qiymətinin  aşağı düşdüyü dövrlərdə real addımlar ata bilmədi. Nəticədə bu gün problemli bankların sayında artımlar mövcuddur və bankların kredit reyestrlərinin davamlı olaraq aşağı salınması və ya dəyişdirilməsi  prosesi baş verir. 

“Beynəlxalq Bank”a gəlincə, bu bank  uzun müddət AzərbaycanQafqazın böyük bankı olub və səhv etmirəmsə, Azərbaycan bank kapitalının 1/3 hissəsi  həmin bankın payına  düşür.  Bu baxımdan “Beynəlxalq Bank”ın ümumi  bank sektoruna təsiri digər banklardan tamamilə  fərqlidir. Bu bank sistem əhəmiyyətli bank olmaqla yanaşı, ən əhəmiyyətli sistem bank  idi. Ona görə də “Beynəlxalq Bank”ın problemlərinin genişlənməsi bank sektoruna daha çox ziyan vururdu. 

Digər bankların, xüsusilə də problemli bankların bu gün  bank sektoruna təsirləri  “Beynəlxalq Bank” qədər deyil. Məlum problemlər “Beynəlxalq Bank”ın aktivlərinin böyük olması ilə bağlı idi. Sözsüz ki, böyük banklar var, amma hələlik bu böyük banklarda “Beynəlxalq Bank” aktivlərinə yaxın ciddi problemlər müşahidə olunmur. Buna baxmayaraq, sistem əhəmiyyəti olmayan banklarda yaşanan problemlər  bank sektoruna olan inama ciddi zərbə göstərir. Hansısa bank müflis olursa, nəticədə sektora olan inam azalır. Çünki bank sektoru həssas sektordur. Burada söhbət vətəndaşın öz pulunu bankda saxlamasından gedir. Real sektorda  bir şirkət müflis olursa, digər şirkətin rəqabət imkanları genişlənir. Ancaq bank sektorunda bir bankın müflis olması digər bankların  effektivliyini aşağı salır. Nəticədə sektora olan etibar azalır. 

Mən düşünmürəm ki, indiki  halda müflisləşən banklarla manatın  məzənnəsi arasında birbaşa əlaqə var. Mövcud vəziyyətdə dolayı əlaqənin olmasına baxmayaraq, indiki məzənnə  daha çox Mərkəzi Bankın hansısa alətlərdən istifadə etməsiylə bağlıdır. Bu gün manatın məzənnəsinə birmənalı şəkildə təsir göstərən faktor manat bazasıdır. Manat bazasının həcminin milli valyutanın məzənnəsinə təsirləri daha çoxdur. Bu baxımdan Mərkəzi Bank manat bazasının həcmi vasitəsilə milli valyutanın məzənnəsinə təsirləri qoruyub saxlayır”.

Vüqar Bayramov: “Banklara dövlət dəstəyi artırılmalıdır”.


Mövcud şəraitdə bankların depozit problemlərinin ortadan qaldırılması və bu sahədə münbit mühitin yaradılması üçün hökümətin atmalı olduğu addımların şərtlərinə gəlincə, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, banklarının fəaliyyətinin aktivləşməsi üçün toksik bank aktivlərinin və problemli kreditlərin idarə edilməsi ilə bağlı xüsusi bir dövlət proqramının hazırlanmasına ciddi ehtiyac var:

“Əslində birinci devalvasiyadan sonra  atılacaq addımlar barədə təklifim olmuşdu. Mən daha əvvəl xarici valyuta ilə götürülən kreditlər üçün yeni mexanizmlərin hazırlanması,  güzəştlərin  tətbiq olunması  və devalvasiyadan sonra yaranan fərqin üç tərəf (dövlət, kredit götürən və bank) arasında bölüşdürülməsi təklifini irəli sürmüşdüm. Düşünürəm ki, bu təklif bank sektoru üçün olduqca vacib məqamdır və reallaşdırılmasına ehtiyac var. Həmçinin banklarda olan əmanətlərin indeksiyasiyası çox vacibdir. Bu, banklara vəsaitlərin cəlb edilməsinə səbəb ola bilər. 

Eyni zamanda  təxminən 1 il  öncə hökümətə ABŞ-da olduğu kimi, toksik bank aktivlərinin və problemli kreditlərin idarə edilməsi ilə bağlı xüsusi bir dövlət proqramının hazırlanmasını təklif eləmişəm.  ABŞ-da belə bir proqram 2008-ci ildə, qlobal maliyyə böhranı dövründə qəbul edildi və bu proqram nəticə etibarilə təxminən 60 milyard dollarlıq toksik bank aktivlərinin alınaraq, qiymətli kağızlar bazarına çıxarılmasına səbəb oldu. Bu isə bankların fəaliyyətinin yenidən aktivləşməsinə gətirib çıxardı. Bu baxımdan düşünürəm ki, banklara dövlət dəstəyi artırılmalıdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar