Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlərin gözlənilən Paris görüşü Qarabağ üçün nə vəd edir?


Ərəstun Oruclu: “Qarabağ münaqişəsinin nizamlanması üçün dünyada yeni geosiyasi şərtlərin formalaşması ilə mümkündür”


Arzu Nağıyev: “Münaqişənin həlli geosiyasi vəziyyətdən asılı olaraq çətinləşəcək və hətta gərginlik də arta bilər”.

Dekabrın 1-də Parisdə AzərbaycanErmənistan prezidentlərinin görüşü gözlənilir. Yayılan məlumatlarda qeyd olunur ki, AzərbaycanErmənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın növbəti görüşünün gələn ay, dekabrın 1-də, Fransanın paytaxtı Parisdə reallaşacağı yönündə informasiyalar ciddiləşib. Bildirilir ki, prezidentlər həmin tarixdə BMT-nin iqlim dəyişikliyinə həsr olunan konfransı çərçivəsində bir araya gələ bilərlər.  

Bu görüşdə Qarabağ münaqişənin həllində hansısa irəliləyişə nail olmaq mümkündürmü? Yəni bunun üçün siyasi, iqtisadi və geopolitik şərtlər varmı? Eyni zamanda Suriyada və Ukraynada, Qərblə Rusiya, həmçinin regional güclər arasında geosiyasi savaşın pik səviyyədə olduğu hazırkı şəraitdə 25 ildən artıq həllini tapmayan Qarabağ münaqişəsinin nizamlanması mümkündürmü, yoxsa bu münaqişə ancaq dünyada yeni geosiyasi şərtlər tam olaraq formalışdıqdan sonra mümkün olacaq?

Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloqlar Ərəstun Oruclu və Arzu Nağıyevin fikirlərini öyrənib. 
 

Ərəstun Oruclu: “Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün  ortada müvafiq geosiyasi və siyasi reallıq olmalıdır”


Dağlıq Qarabağ münaqişəsinin  əsas səbəbkarının Rusiya olduğunu bildirən politoloq Ərəstun Oruclu dünyada yeni geosiyasi şərtlər formalaşmayacağı təqdirdə münaqişənin həllinin imkansız olduğunu qeyd edib:

“Düşünürəm ki, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin  həllində irəliləyiş gözləməyə dəyməz. Ona görə ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün  ortada müvafiq geosiyasi və siyasi reallıq olmalıdır. Halbuki bu günkü reallıq onun tam tərsidir.  Yəni çox kəskin Qərb-Rusiya qarşıdurması var. Bu görüş ərəfəsində Rusiyada anti-türk, anti-Azərbaycan və ermənipərəst isteriya baş qaldırdı. Rusiya Dövlət Dumasında  Sergey Mironovun rəhbərlik etdiyi partiyanın təşəbbüsü ilə erməni soyqırımını inkar etməyə görə cinayət məcəlləsində cinayət məsuliyyətinə cəlbedilmə maddələrinin  tətbiq olunması barədə qanunvericilik layihəsinə təqdim etdi. Bu Rusiya təyyarəsinin Türkiyə hava məkanında vurulması ilə baş verdi. Rusiyanın Dağlıq Qarabağ münaqişəsini yaratmış və ona ən böyük təsiri olan ölkə olduğunu nəzərə alsaq, bu fonda münaqişənin həllində irəliləyiş gözləməyə dəyməz. Qarabağ münaqişəsinin nizamlanması üçün dünyada yeni geosiyasi şərtlərin formalaşması lazımdır. Bu formalaşmadığı zamana qədər sülh prosesi mümkün deyil”.

BMTAjRIIEGgiJQQA8ggggoCJGhZABII0SAAEd0QQKBFHvftB0MIwGznOAB1tmqyg2w8MaZbOz94AA+YGStN69mmeEYdWHFbmFnS3BACediPRcOa1Kz1fFUJYv7NTNNeMEZ3yy9U20ZKo2PUvfT4iLASEDqBlcK1gzCyn1jgtU0U+8YPZlg0cLG3yWNdAW9yOG98sbu60Hxsuovpmu1F1V7Vpmge7YDlr6JRlqJpPjOP7bllbMYiACHYci61r5EOvmNTdObPq5Q7CHaG2eYt6Zhajamzw45CRx4d23xStkbqyPcC4YGjhxPiuh5ItELC0/ZZ7vbO7YYgO8OQyVDvrA+Bzf4rj5LqWxdntgaAOKoN8NniQi4uMx4FZJ07ZpLvEcmie8te4D3Bc8CfAalLotoyPafsrtB95riT/acitBU7Hew3tjbw4OHS/FP09O6ws11h+IjLqLFbuca9GDxSv2Qdj0d39plm0jTna4U/akxjjeWkgmzbjryU+GLCMx6Kv27TlwaxubnyBot9dQsou5FqKSOlbpm9FT/AO00eitSmNm0nYwxxD7jGt8wM/jdPruj6R58nbbCQRFGmISUECggVguiRoWQIK6IlGULIASUSXZBADyCCCCgIIIIACJGjsgAAIWQslWQAnCs3Ns8Ynxv91xu3x1C09lF2hSB7dLkfEcljmx7I38fLpKv0zlLQmJjWOGhcQL6YiprHZJEzXAYi4kXsLnhZR45M7LhZ33bsnmc8EqNpf7w/VNhqdElgmkFjhZEzOwuOKqaLaRqJnNZkxlsR4kkkAAqDvBWkjA3NzsgFEnpDTU5cyTDKbXGpPkmlZVRS6bWOZrOIJHVVG2KphacWvBc4G35mOuZHPJ1xAYfBuWqY2ptWdzbg2ac8X5LVQkZOcEa+nnwkNeQ5r74ToR/CjngAN2+hWfoaWQtY4yYy3O3/jVaCGW7VnJUaRpq0MPdwIUzdrZna1TZHDuwtDv6ye6PHu38lCmGa1u5TPsHHnI6/WwH6rTDG5HP5E6jwu3BJKcISbLtOAQgjRIACSlIIEJQRlEgGBEjRIEBBBBAh9BKQAQWFZGAlBqOyAE2QASwEqyAEAI8KcDFm95d+KSiBDniWUf6URa5wP8AG69mDx9ELorNFhWb2vvxQUxIfUNc4ZFsP2zgeRDLgHzXGd8PaBVVhLS/s4uEUZs238TtXnxyWWo4y7M6DQKlEmzt1JvVBWySGBsjWta0kSYRiJJ77Wgm2isIncQuU7m1pjrGD7sgMTh1cLtPqLf1FdGpZ7EgnTTwXB5ENZnpeNPaBcibmkVFTkq6ep5IoRjdb1WJv66Qq8Ozdlice7c2y42VM+tddwLsdwWnEcweeXPNSd46ySWQQU7buGRcNGg6pNLuYC37aV7SRnnkfHNbwkoowcJSlZX9k1zSMbS8AhrbnD3shc8xc6dEzJHhYWFzWutYNyPS7j1yVjUbiwDvMmN+Ydr8VXzboMGfaOJ548/iVW6f0p4bXr/RrZxfis3IjFiIdle4tYLQ0TiHkHQtB8+Kz8dBPDmyTtG5FzHAaDk7mrqkmxjEMhZLI00Tii4smyFaHczeClt+zGdgqA9xMbzgJxWLcJdk7K2QWPkqg0OcfdaCT4AElcmrqkySvedXPLvUqvHj2zLyXxI9cOakYVwHc32m1NJhZKTUQCwwPd9o0f8AbkP/ABdku07t70Ute29NIC4C7ond2Vviy9yOouF0nJZZFqIhSHMSC1NDGCELJ3AklqKAbsisnCEkhFCElElWREIEJQRoIoCUAltaqLfDeRtBDjLccjjhYy9rm1yXHg0fHRch2tv5W1Dz9s6Jo0ZD9mPM+8T4nyTUbByo78WW1/woFVtmmi/e1MDLfimjB9L3Xnmq2jPL+8mlf0fI9w9CVC7Hl8lX8Ytj0BJv1s5v/wAuJ38mJ/8AxCh1HtKoGg4XSSHk2Jw+L7ALiLY+aN6eiFsafejf6pqiWteYYTl2cZsSP+5IMyfCwWHqZU9O9V1Q+6HwXsRBFjcrZsdhZI2fBhbc6lSXBVFcE2O7vTCOqgedGzRE+GMX+C6ttyh7OV4t7rnW4XaTcH0IXHWjPr+a7vWTNqaalqch20Lb/wC41ouPn/auXyoXGzr8Ses6/TNvJKW2uwNNsnfqnXR2uoVa0arz0ekyVsRrYmOkOb3XJPFSnTPl4G3DI536KibVaB2l1pqfaDcI72gyCKY0/wAKau3YlOYsBnkXAH0CqpdkuZ7wd5Zj1V3WbeN7DRI/9RB1WliXSrDi2wtrzTDJOyLhwOfmndp7RaOSrYn43Yje17AcSUUyJSVlfvTXYYcPGQ2/p1KxEoVxvJO59Q9rgR2ZLLHgQbO+IVVI1duOOsTzM2TadjLSpdLUOY4PYS17TdrmktcDzDhmFEKVG5aEG/ofaftFjQ0yskt96WJj3+GIWv5q5o/a9VN/ewQycy0uiPwuFzGMqQFSJOwUXtghcbTUsrOscjJB/acJWlod/NnS2tUsYT92a8Rvy72XxXn5rUrAnqGx6ghcHjExwc3gWEOHqERavNFJVyRG8Uj2EaYHuZn5FarZPtLrYRaQtqBbLtsnA/zsF3ZcCloPY7UQklUW5u9LNoROcG9nKwgSR4sQz0cw2F2nwV8VNFLohBKKCAOU+1msL63B92KNjbdXd93zHosGGd7xVptnaDqiaSZ9sUji4gcBwHkLDyUEt77fP5LZKkY/RxsSX2Y+CkWSCPr6+slVEjLgo8ilOP19eSjyhA0VtSVGgjxOz0CfqUKZw93j9ZhZP2WidTm5Trwm6QJzDe6tE/RgNzXTfZ5UftVLPs4uDZG/9RTOv7rgRcW5B2fg8rnJZYKw3f2maWogqASOykaXf7Z7sl+mFzvRKUbVDTaZro9rEOdFO3BKwljgcswfj48UufPw6Kw3opHbQmmLI2sqIXlrQ02M9Pqx7ScnOFr2yuDqspTVT4yWvuCMiDqCNQRwK8vJi1Z6+HLvEueyuFFmYeBt0Rx1Ysok1YLqFZpJiJIna3Cakc88QPBB9WChj4q7M6/Bv9l8z6q63Po+0rIhYObG8Pk5AMGIedwquljknkbDFq7Nx/AwauP5c10HZ2zWUVNNI0W7KmneScyT2bjdx4m61xR2dmGaWqpHA9oy45ZH645JH354nuN/iozglgZDnYfJFZdZwkcpI1Trgm3KRkqFS2BQoFPjC0iSxxgSg1E0JwLQQmybcMx5p9NEZ+RSA1/siruz2hgJsJonx24Fws9g/wDqV2xwXmbZ9Y6GaOVnvRva8dcJBt5i4816Uoqxs8TJo/ckYHt8CL28tPJZstBkIIyjUlnnJyP/AFGDoUnEnIzeUdGfMhbnOTZPoJon6+H6lJkkzKJrslYhTz9fXkotRopP19eaYqgpBFPUIRxYuh4EahKqNU5SarP6X8FwzluTxbgHDMH9CrFjLD8vzTbQOXgPz8U8053KtEtiJG5Zptg+vFSXtTBamFm53Z2wX07JBnNRuEUov3n05FmPv0Fhn+DqtFvLstlVF+0Rfvmtu4W/es5n+MDjx05LmG7+1P2WpY8jFFJ9jMy2To5Dh9Wmzh5rsOw4jGTE4+4SGnm06LDJHZUa45uDtHNGxtOhy6FORU7eV/FaTe7dMxl1RCT2ZJdIy37sk5ub/BfPpdZkQu/F6rz5wa4erjyKatEllM08E3UsY0XI8rod9ovkfG/HRa7dXcp7y2orOFnRw2IA4h8tzmdCG/4SjBsqeSMETNy9g9lGXvbaSWxI4tZ91vjnc9VE3z2xgpdotkcxsWB1LCLfaSSuaAcyeBOdhkAVv3dnE0ySOaxjc3PcQGgakknILzJvbtp1XUyPLrxiWXsgPcDDI4hw5l2RJ1K7saSR5mSTbKcBJcEtIK0MhiRybAT7402GqRjsCsowq+AKzj0VxJYbUuyRdLatCQyEydfI/knyorj3vI/MJMENE5rrnsd240xOpHu74e6SIH8BALx43JPmuQOfmVvPYzCx1eXF1ntp5MLT967mA28As2UjtLkEotQUmp5ovY4T4jwT0DhiJv8AcHzTddHlcaj5ckxTSd7xatzAlufmjD/q6judmiDkxE5r0U4uE1G9Ph1wgCoqGqVQjLIC4yPO/NFPGm6Z+F3Q5H8lNdH8JbdU+3P6+voJjDZ1lIaFZLDwpspwJLggCHVtyXa9ypDVUkUhdeVsbMdtbgubn/auNThb72K1mGd8dzZwt04uHxv6rKS+lxOne803F8iHA6EHIjwXMd59nfssuFpvG8Y4yfwk+74tOXouv/s1iSFS7YoYyWFzWuexxkiBzwOcLOy4jiBzzWOSKkunRiyvGzNbt7Ijga2prThJF4oSC5/87m8+Q4KzqN9bvDIqdxvch73gAW+85oByz0vwTtRs/tHjGcRuL3zuqre2eKkgc+2brRWGuFwcXkdQ0E+iagooieWU3bOR7771z11RIHTOdTteREwd2PCLDFgGtyL3Nzms+EiNlgE4qXCAkSUEMKYCbISDJLa1Nzm5A5ZlHwA6cKybkFCpI81NmyVRXCWIxJbHKPiTsaoB92ihSPzPRtvUqTK7JVMkuZKUnQJCtSrXYm0X000c0Z78bg4cL21aehFx5qpiBKmtYeKldGenNm1zKiKOaMgskaHjM5X1b4g3B8EFyn2b78x0cD4KgkND8cdhf3/fb6i/9aCWpWxhRPiHwIOo6KDE7C8D6sn6wZ3GvHr/AJUSY3sRwVshEuRyNiQSlMTQMkApcb00Ck3TESJW3USWNSI3o3NuigFwHE0HiMj9ealtAt16qDGS034HX9VKcbKkSKJ+vFJLkiR6RiRYUFKtB7Mq7sq1oOjxb+03+V1nZHZIbIqOzqI36WePjkokUj1QXAAnha6p5YSXlxOttf1TtJUY4Iz+IN+Snw02dysJotFfFRm5+uC5R7X6n7QRA+5GSR/FMQPXC34rt7xZecN+67tquZw0MzgP5YwGD5FaR6J+jIPakYU/Ik2ToBoNSg1OBiMBFANnIXOgUeJl8zqc05VG5DB4nwUiKO6VdCxdJHbNIqHZqS82CgSOzVCQbFJao8adLkIYirk7pVZEL5p+rkySKYX8Aol1jXomQR2zTxRMclXVpUSNlBAuHP4IIGPz6BVg90+JQQQwRManY/0QQTQmPJD0EExCo/0Tn180aCaExT+Ph+iX90eX/FqCCYhL0TEEEhiJeKYi99v8w/5IIKWM9Kbtf+2g8B8lo4v0+SNBYzLiNz6HwXl/bf76T+aT/wDVyCCvGSyodqiRoKgQBx8vkibp9c0EEDIw/eu8lPpkSCEIVU6eir3aoIIYIcYlSaBEghDK+qRQcPFGgs/o16LJnu+Sc+6EEFoIQggggD//2Q==">

Arzu Nağıyev:  “AzərbaycanErmənistan prezidentlərinin dekabrda görüşün baş tutması hələ sual altındadır”.


Prezidentlərin görüşünün Qarabağ münaqişəsində hansısa müsbətyönlü nəticəyə təsir etməyəcəyini qeyd edən politoloq Arzu Nağıyev, hətta görüşün baş tutacağının da sual altında olduğunu vurğulayıb:

“Hesab edirəm  ki, AzərbaycanErmənistan prezidentlərinin dekabrda görüşün baş tutması hələ sual altındadır. Ermənistan rəhbərliyi atəşkəsi pozmaqda və beynəlxalq normalara riayət etməməkdə davam edir. Belə olan halda təbii ki, Azərbaycan tərəfi buna susqun qalmır. Azərbaycan rəhbərliyi də erməni təcavüzünü sərt bəyanatlarla tənqid edir və hətta lazım gəlsə güc nümayiş etdiriləcəyini söyləyir. Belə bir şəraitdə prezidentlərin görüşündə münaqişənin həlli ilə bağlı konkret nəticələrin əldə olunacağı inandırıcı görünmür. Əsas məsələ parlamentin bu görüşə necə yanaşmasdır. Ermənilər görüşlərlə status-kvonu saxlamağa çalışırlar. Fikrimcə, belə şəraitdə nəzərdə tutulan görüş münaqişənin həlli üçün əhəmiyyətli rol oynamır. Rusiya bu görüşün məhz ABŞ tərəfindən təşkil ediləcəyinə qısqanclıqla yanaşır və buna görə də yəqin ki, görüşün baş tutmamasına məhz Rusiya çalışacaqdır.

Regional güclər arasında geosiyasi savaşın pik səviyyədə olduğu belə bir şəraitdə Dağlıq Qarabağ münaqişənin nizamlanması çətinləşəcək. Çünki Rusiya bundan əvvəl də müsbət istiqamətdə addımlar atmırdı. Qorxulusu odur ki, Suriyadan olan erməniləri işğal olunmuş ərazilərdə yerləşdirməkdə davam edə bilərlər. Bundan başqa Dağlıq Qarabağ ərazisinə silahlı qüvvələr gətirə və ya orada olan hərbçilərini leqallaşdıra bilərlər. Məlumdur ki, Türkiyə bu münaqişə ilə bağlı Azərbaycanı beynəlxalq arenalarda daima dəstəkləyib və münaqişəyə görə ermənilərlə sərhəddini açmayıb.Təbii ki, Ermənistan ərazisindəki 102 saylı Rusiya bazasına NATO-Rusiya sərhəddini daha da bərkitmək adı altında yeni silah və sursat, eyni zamanda canlı qüvvə yığacaqdır və təbii ki, bu da ermənilərin xeyrinədir. Məhz belə bir vəziyyətdə münaqişənin həlli geosiyasi vəziyyətdən asılı olaraq çətinləşəcək və hətta gərginlik də arta bilər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar