Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlərin Cenevrə görüşü müharibə təhlükəsini azaltdı, yoxsa artırdı?


Politoloq: “Faktiki olaraq erməni tərəf deyir ki, ATƏT- in Minsk qrupu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qoruyan qalxana çevrilməlidir”


Dağlıq Qarabağ probleminin həllini diplomatik yolla olacağına inanmıram”.

Bu sözləri politoloq Qabil Hüseynli prezidentlərin Cenevrə görüşündən sonra Qarabağ münaqişəsi ətrafında artan gərginliyi PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Bildiyimiz kimi oktyabrın 16-da Cenevrədə AzərbaycanErmənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə təşkilatçılar – ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak etdi. Görüşdən sonra AzərbaycanErmənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyənat verdi. Bəyanatında deyilir ki, görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər isə çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər. Bir sözlə Cenevrə görüşündən sonra verilən bəyanatda da xüsusi çəkiyə malik daha heç bir fikir ifadə olunmadı.

Elə görüşdən sonra qarşlıqlı ittihamların artması diqqət çəkir. Xüsusən Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə görüşü zamanı, “Qarabağın gələcəyini Azərbaycansız görürük”, ifadəsini işlətməsi rəsmi Bakıda qəzəb doğurmaqla yanaşı prezidentlərin görüşünün nəticəsini sıfıra endirmiş oldu. Bu qarşlıqılı ittihamların artması isə münaqişənin nizamlanması ilə bağlı prezidentlərin görüşündən sonra aktivliyin artması ilə bağlı illuziyanı darmadağın etməkdədir.

Yaranmış situasiyanı erməni xəbər portalına şərh edən almaniyalı siyasi şərhçi Aleksandr Rar isə bildirib ki,  “... gündəliksiz siyasi danışıqlar gec və ya tez dayanacaq və biz məcbur olacağıq ki, təmas xəttində vəziyyətin gərginləşdiyinə dair məlumatları şərh edək. Həmsədrlərin əsas vəzifəsi, danışıqların dəqiq gündəliyi formalaşdırmasıdır”. Aleksandr Rarın müşahidələrinə görə, hələ ki yayılan məlumatlar əsasında görüşün ciddi şəkildə faydalı olmadığını ehtimal etmək olar. Alman politoloq hesab edir ki, bu görüşdən sonra ola bilsin ki, görüşdən sonra cəbhə xəttində vəziyyət mülayimləşsin, lakin bu müvəqqəti haldır.

Qeyd edək ki, prezidentlərin görüşündən sonracəbhə də gərginlik daha da artıb və bunu ATƏT-in Minsk qrupunun həmsədrləri də yaydıqları bəyanatda təsdiqləyiblər. Yəni faktiki olaraq prezidentlərin Cenevrə görüşündən sonra Qarabağ münaqişəsi ətrafında gərginliyin azalcağı gözlənilsə də, gərginlik daha da artdı. 

Prezidentlərin Cenevrə görüşü müharibə təhlükəsini azaltdı, yoxsa artırdı? Ümumuyyətlə Dağlıq Qarabağ probleminin diplomatik yolla həllini mümkün hesab etmək olar?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.



Qabil Hüseynli: “Danışıqlar cəbhə xəttində erməni əsgərini qorumaq üçün nəzərdə tutulmayıb”.


Cenevrə görüşündə əsas məsələnin işğal altında olan ətraf rayonların deyil, Dağlıq Qarabağ problemi olduğunu xatırladan politoloq Qabil Hüseynli vurğulayıb ki, bu məsələdə də Ermənistan tərəfi tamamilə pozucu bir rol oynadı və danışıqlarda konkret məsələlərin müzakirəsinə imkan vermədi:

“Mən düşünürəm ki, prezidentlərin Cenevrə görüşündə təmas xəttində monitorinq sistemini təkminləşdirmək, atəşkəs rejiminə ciddi əməl etmək haqqında verilən vədlər özünü doğrultmayacaq. Çünki danışıqlar cəbhə xəttində erməni əsgərini qorumaq üçün nəzərdə tutulmayıb. Erməni əsgəri işğalçı əsgərdir, onlar Azərbaycan torpağına qan gətirib, Azərbaycan xalqının əzablarını da dəfələrlə artırıblar. Danışıqlar Azərbaycan torpaqlarında işğala son vermək üçün nəzərdə tutltb və problemin birdəfəlik həlli əsas məqsəddir. Bu nöqteyi nəzərdən də atəşkəs rejiminin işğalçı erməni əsgərinin qorumnmasına xidmət etməsi də yolverilməzdir. Bu mövzuda olan danışıqlar və vədlər danışıqlar prossesinin kiçik komponentləridir.

Cenevrə görüşündə əsas məsələ Dağlıq Qarabağ probleminin həllinə yolun açılması idi. Bu məsələdə də Ermənistan tərəfi tamamilə pozucu bir rol oynadı və danışıqlarda konkret məsələlərin müzakirəsinə imkan vermədi. Yəni faktiki olaraq erməni tərəf deyir ki, ATƏT- in Minsk qrupu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qoruyan qalxana çevrilməlidir. Bu isə yəqin ki, Azərbaycan tərəfini adekvat addımlar atmağa məcbur edəcək və Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün lazım olan vasitələrdən istifadə edəcək.

Mən Dağlıq Qarabağ probleminin həllini diplomatik yolla olacağına inanmıram. Çünki ermənilər Dağlıq Qarabağın müstəqilliyi, yaxud da Dağlıq Qarabağın Azərbaycana birləşdirilməsi məsələsində zərrə qədər də güzəştə getmək istəmirlər. Azərbaycan isə öz torpağında ikinci bir erməni dövlətinin yaradılacağına imkan verməyəcəyini dəfələrlə bəyan edib. Yəni bunlar da bir-birinə əks olan mövqelərdir. Amma bu mövqedə Azərbaycan haqlıdır və beynəlxalq hüquqda Azərbaycanın tərəfindədir. Çünki vaxtı ilə Azərbaycanın ərazisində indiki Ermənistan dövləti qurulub. İndi isə silah və işğal gücünə Azərbaycanın lap ürəyinin başında bir qondarma respublika qurmaq istəyirlər. Buna da Azərbaycan yol verə bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar