Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlər də ağlayır.. - Foto


İnsan emosiyalarına, duyğularına hakim kəsilə bilməyəndə sonsuz kədərə, yaxud hədsiz sevincə qərq olmuş hisslərini göz yaşları ilə biruzə verir


 Bioloji baxımdan bu normal və təbii bir haldır. 

Kimliyindən asılı olmayaraq hər bir insan hisslərin cilovlanmadığı bir məqamda daxili təlatümlərindən ağlamaqla azad olur. O cümlədən siyasi liderlər də göz yaşlarından xali deyil.

Modern.az saytı prezidentlərlə bağlı növbəti yazıda bu məqama toxunub.

Azərbaycan Prezidenti İlham Əliyev atası, mərhum dövlət xadimi Heydər Əliyevin dəfn mərasimində göz yaşlarına hakim kəsilə bilməyib.



Türkiyə prezidenti Abdulla Gül Yəməndə Türk şəhidliyinin açılış mərasimində iştirak edərkən iki yəmənli qız “Yəmən türküsü”nü oxuyan zaman göz yaşlarını saxlaya bilməyib.


Rusiya Federasiyasının prezidenti Vladimir Putin prezident seçkisindən sonra Manej Meydanında tərəfdarlarının keçirdiyi mitinqə qələbə və sevinc göz yaşları ilə qoşulub. 


Amerika prezidenti Barak Obama seçkiqabağı kampaniyada çıxış edərkən bir gün əvvəl vəfat etmiş 86 yaşlı nənəsini xatırlayanda göz yaşlarını gizlədə bilməyib.



Belarus prezidenti Aleksandr Lukaşenko Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində 58 yaşlı siyasi həmkarının vaxtsız ölümünə kədərləndiyini göz yaşları ilə əks etdirib.


Argentina prezidenti Kristina Fernandes de Kirşner növbəti seçki qələbəsini göz yaşları ilə qarşılayıb.



Almaniya kansleri Angela Merkel 2012-ci ildə keçirilən futbol üzrə Avropa Çempionatının yarımfinal mərhələsində azerkeşi olduğu milli komandanın İtaliya yığmasına 1:2 hesabı ilə məğlub olmasına dözə bilməyib.



SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov həyat yoldaşı Raisa Qorbaçovanı son mənzilə göz yaşları ilə yola salıb.


Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç bu gün təqdim olunduğu qədər də daş ürəkli deyil. Ukraynanın müstəqillik günü münasibətilə keçirilən tədbirdə “Ukraynanı sevin” şeri səsləndirilərkən Yanukoviç səmimi və ya qeyri-səmimi olsa da ağlayıb.


Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buşu göz yaşlarına qərq edən prezidentliyinin sonuncu günü olub.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar