Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin sakinlərlə səmimi dialoqu – “Mən də sizi çox istəyirəm”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib


PİA.AZ Azərtac-a istinadla xəbər verir ki, filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşüb.

İlhamə MƏMMƏDOVA: Cənab Prezident, Siz Horadizdə xalça fabrikinin açılışını edəndə evdə baxıb deyirdim ki, kaş bizim də rayonumuzda belə bir müəssisə açılardı. Mən bunu çox arzulayırdım. Xalçaçılıq sənətini çox sevirəm. Hər dəfə hana arxasında əyləyib xalça toxuyarkən Sizə dua edirəm, ilk növbədə ona görə ki, öz sevimli peşəmə qovuşmuşam.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Onu da qeyd etməliyəm ki, qonşu rayonlarda da xalça fabriklərinin açılışı nəzərdə tutulur.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi MURADOV: Cənab Prezident, Tovuz, AğstafaQazaxda da bu ilin sonuna qədər fabriklərin açılması nəzərdə tutulur. O rayonların toxucuları da burada hazırlıq kursu keçirlər, biz həm də onları işə götürmüşük. Fabriklər hazır olandan sonra həmin üç rayonda 450 nəfər işlə təmin olunacaq.

Prezident İlham ƏLİYEV: Bu zonanın xalçaçılıq sənəti çox zəngindir, qədim ənənələri var.

Xalçaçı Zəminə İSGƏNDƏROVA dedi:

-Xoş gəlmisiniz, cənab Prezident. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Həm Sizi görməyi, Sizinlə söhbət etməyi Allah bizə qismət etdi. Həm də bizə belə gözəl iş yerləri yaratdığınıza görə Sizə minnətdarıq. Sizə kollektivimiz adından təşəkkür edirik.

Mən Şəmkir rayonunun Tatarlı kəndindənəm. Bu sənəti çox sevirəm. Nənəmizdən, anamızdan görüb-götürdüyümüz bir sənətdir. Bu sənəti qızıma da öyrədirəm. Biz nənələrimizin davamçılarıyıq, qızlarımız da bizim davamçılarımız olacaqlar. Cənab Prezident, sizə çox minnətdarıq. Biz Sizi çox istəyirik.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən də sizi çox istəyirəm.

Xalçaçı Solmaz CƏLİLOVA dedi:

-Cənab Prezident, mənim birinci arzum odur ki, Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Çox sevinirik. Biz Sizinlə fəxr edirik. Bizə yaratdığınız bu şəraitə görə çox sevinirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən sizdən çox sevinirəm.

Solmaz CƏLİLOVA: İki şəhid bacısı, iki veteran anası kimi mənim ikinci arzum odur ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunsun, Cocuq Mərcanlı kimi abadlaşsın, gözəlləşsin. Sizə böyük nailiyyətlər, xoş günlər, əsas nemət olan cansağlığı arzulayıram.

Prezident İlham ƏLİYEV: Sağ olun.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar