Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin rektorları işdən çıxarmasının səbəbi


Xəbər verdiymiz kimi bu gün prezident İlham Əliyev 4 rektorun işdən azad olunması barədə sərəncam imzaladı


Prezident sərəncamlarına əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov vəzifəsindən azad ediliblər.

PİA.AZ anspress-ə istinaadən bildirir ki, bu 4 rektorun vəzifəsindən azad edilməsinin səbəbi isə onların rektorluqdan imtina etməsidir. Çünki bu il noyabrın 1-də keçirilən parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası bəyan edilmişdi ki, rektor vəzifəsində çalışan partiya üzvləri millət vəkili seçildikdən sonra vəzifələrindən azad ediləcəklər.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirmişdi ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.




YAP-ın seçkidən əvvəl açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var idi.

Adları bu il namizədlik siyahısında olmayanlar isə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel MəhərrəmovAzərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU)rektoru Gülçöhrə Məmmədova idi.

Bu ilki parlament seçkilərinə kimi Milli Məclisdə azı 10-a yaxın rektor millət vəkili var idi. Bunlar Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrrəmli, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev, Odlar Universitetinin rektoru Əhməd Vəliyevdir.

Onlardan bəziləri millət vəkilliyindən imtina edərək rektor vəzifəsində qalmağa üstünlük veriblər. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrrəmli və Odlar Universitetinin rektoru Əhməd Vəliyev belə rektorlardandır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar