Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin hökuməti toplamasının mühüm səbəbi


“Paytaxt və regionlarda qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı ilə bağlı konkret müşavirələrin keçirilməsində əsas məqsəd iqtisadi reputasiyanın sürətlənməsinə və ölkənin ixrac qabiliyyətinin artırılmasına nail olmaqdır”


Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. 

Ekspert bildirib ki, müşavirədə ölkə iqtisadiyyatın reputasiyası üçün vacib olan istiqamətlərə toxunuldu:

“Söhbət qeyri-neft sektoru hesabına iqtisadiyyatın artırılmasından gedir və bu, postneft dövründə iqtisadiyyatın şaxələnməsinin əsas hədəflərindən biridir. Ölkə başçısı paytaxt, eləcə də regionlarda qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı ilə bağlı konkret müşavirələr keçirib. Burada əsas məqsəd iqtisadi reputasiyanın sürətlənməsinə və ölkənin ixrac qabiliyyətinin artırılmasına nail olmaqdır. 

Nəzərə alsaq ki, neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar vermək artıq xeyli çətinləşib. Hətta bəzi proqnozlara görə, neftin qiyməti 35 dollara qədər aşağı düşə bilər. Çünki artıq şist neftinin maya dəyəri 30 dollara qədər azalıb və müəyyən müddətdən sonra OPEK-in neft hasilatının azaldılması ilə bağlı yanaşmasını da dəyişəcəyi istisna edilmir. Bu kontekstdən qeyri-neft sektorunun inkişafı prioritetdir. Azərbaycan üçün qeyri-neft iqtisadiyyatının artırılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından da vacibdir”.

İqtisadçının sözlərinə görə, müşavirə hökumət üçün yeni hədəflərin müəyyələşdirilməsində mühüm rol oynayır:

“Yalnız ənənəvi bazarlara deyil, yeni bazarlara çıxış imkanlarının artırılması bir hədəf olaraq qarşıya qoyuldu. Düşünürəm ki, qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması və bu potensiladan istifadə ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində hədəflərə nail olmaq baxımından çox vacibdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar