Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin İrəvan mesajı


Elçin Mirzəbəyli: “Bizim hədəflərimiz tarixi həqiqətlərə söykəndiyi üçün də ədalətlidir”


Prezident İlham Əliyevin fevralın 8-də keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı gündəmə çevrilib. 

Ölkə başçısının həmin nitqi zamanı verdiyi bir sıra mesajlar böyük maraq doğurub.

Xüsusilə, İ.Əliyevin Dağlıq Qarabağ münaqişəsindən danışarkən, əzəli Azərbaycan torpaqları olan İrəvan, Zəngəzur və Göyçə mahalından da söz açması müzakirələrə səbəb olub. Ölkə başçısının bu açıqlamaları ilə Dağlıq Qarabağın fonunda hazırkı Ermənistan paytaxtının, Zəngəzur və Göyçə ərazilərinin belə Azərbaycana məxsus olduğu mesajını dünyaya ünvanladığı, ölkəmizin bu ərazilər də daxil işğal altında olan bütün ərazilərini azad etmək qüdrətində olduğunu nümayiş etdirdiyi bildirilir. Bu çıxışın düşmən ölkədə də vahimə yaradacağı istisna edilmir.

İ.Əliyevin çıxışının həmin hissələrini bir daha təqdim edirik: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.


Politoloq Elçin Mirzəbəyli hesab edir ki, prezidentin bu çıxışında konkret bir sıra hədəflər var: “Prezident İlham Əliyev mütəmadi şəkildə tarixi həqiqətlərə söykənərək hazırda Ermənistan Respublikasının ərazisi sayılan Azərbaycan torpaqları haqqında mövqeyini ifadə edir. Azərbaycan prezidentinin, tarixi torpaqlarımızın adını vurğulamaqda bir neçə hədəfinin olduğunu düşünürəm: 1. İndiki Ermənistan Respublikasi tarixi Azərbaycan torpaqlarında, Azərbaycan xalqının iradəsinə zidd olaraq yaradılıb. 2. Erməni xalqı xarici güclərin dəstəyi ilə tarixi Azərbaycan ərazilərində öz müqəddəratını həll edib. Azərbaycan dövləti və xalqı bu hadisənin ikinci dəfə təkrarlanmasına imkan verməyəcək. 3. Münaqişə həll olunduqdan sonra ermənilərin Azərbaycan vətəndaşı kimi Qarabağda yaşamaq hüququ olduğu kimi Azərbaycanlıların da öz tarixi vətənlərində, mülkiyyət hüququ baxımından onlara məxsus olan ərazilərdə yaşamaq, İrəvana, Göyçəyə, Vedibasara, Dərələyəzə, Amasiyaya, Qafana, Zəngibasara, Qırxbulağa, Körpübasara, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçəyə və digər hazırda adları erməniləşdirilmiş tarixi Azərbaycan ərazilərinə qayıtmaq hüququ var və bu hüquq təmin olunmalıdır. 4. Əgər Ermənistan işğalçılıq siyasətini davam etdirəcəksə, o zaman Azərbaycan dövləti təkcə Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsi ilə kifayətlənməyəcək, azərbaycanlıların öz tarixi vətənlərinə qayıdışını təmin etmək üçün ən sərt tədbirlərə əl atacaq”.

Politoloq prezidentin dediklərinin əslində millətin də hədəfi olduğunu qeyd etdi: “Tarixi Azərbaycan ərazilərinin adının tez-tez təkrarlanması önəmli faktordur. Bütün bunların Azərbaycan prezidenti tərəfindən dilə gətirilməsi isə daha mühüm əhəmiyyət kəsb edir. Çünki prezident Azərbaycan dövlətinin və xalqının mövqeyini ifadə edir. Onun bəyanatlarının arxasında dövlətin gücü və xalqın iradəsi dayanır. Prezidentin bəyanatları həm siyasi, həm mənəvi, həm də hüquqi xarakter daşıyır. Digər tərəfdən Azərbaycan prezidentinin tarixi torpaqlarımız və bu torpaqlarda ədalətin bərpa olunması haqqında bəyanatları millətin hədəflərini nişan verir, gənc nəsli bu hədəflər üzərində kökləyir, vətənsevər, iddialı, qətiyyətli bir nəslin formalaşmasına zəmin yaradır. Bizim hədəflərimiz tarixi həqiqətlərə söykəndiyi üçün də ədalətlidir. Ədalətə isə sadəcə inanmaqla iş bitmir, onun bərqərar olması üçün mübarizə aparmalısan. Millətin birliyi, bütövlüyü, dövlətin inkişafı üçün onun strateji hədəflərinin olması çox vacibdir. Millətin hədəfi olmayanda o kütləyə çevrilir. Bu baxımdan, Azərbaycan prezidentinin tarixi torpaqlarımızla bağlı bəyanatlarını həm də milli hədəflərimizin xatırladılması və unudulmasına imkan verilməməsi kontestindən dəyərləndirləmisinin də vacib olduğunu düşünürəm”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar