Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Belarus səfəri nə vəd edir?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən həftə Bularusda rəsmi səfərdə olub


Səfər zamanı ölkə başçısı Belarus həmkarı Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüş keçirib. Görüş zamanı ölkələrimiz arasındakı münasibətlər, iqtisadi əlaqələr geniş müzakirə mövzusu olub.
Lukaşenko çıxışı zamanı bəyan edib ki, Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşıdır. Səfər zamanı Belarus prezidentinin Azərbaycana Avrasiya İttifaqı ilə bağlı etdiyi təklif diqqət çəkib. 

“Biz dostluğumuzu yüksək qiymətləndiririk. Əgər bu, sizin xeyrinizə olarsa, biz Avrasiya İqtisadi İttifaqında sizin maraqlarınızın təmin olunmasına eyni dərəcədə səmimi və açıq kömək etməyə hazırıq”-deyə Lukaşenko bildirib.



Azərbaycan prezidenti isə bəyanatında vurğulayıb ki, son illərdə ölkələrimiz arasında çox etimadlı münasibətlər səviyyəsi yaranıb, bu münasibətlər çox uğurla inkişaf edir: “Münasibətlərimizin möhkəmliyini, etibarlılığını sınamışıq və heç vaxt bir-birimizi naümid qoymamışıq. Buna görə, biz bu gün bir-birimizə inanırıq və sənədlərin altındakı imzalarımız kimi, sözlərimiz də böyük sanbala malikdir”. 



Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfərini şərh edən politoloq Qabil Hüseyli bildirib ki, hazırda ölkələr arasında münasibətlər normal inkişaf səviyyəsidədir: “Prezident İlham Əliyevin səfərindən sonra inkişaf yeni bir vüsət alacaq. Azərbaycan Belarusla ikili ticarət, elm və texnologiya, maşınqayırma sənayesi, kənd təsərrüfatı maşınlarının istehsalı sahələrində geniş əməkdaşlıq qurmaq niyyətindədir. Hətta, ola bilsin ki, hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də gündəmə gəlsin və həll edilsin”. 

Politoloq hesab edir ki, Belarus prezidenti Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarını qorumaq missiyasını öz üzərinə götürmək istəyir: “Hesab edirəm ki, bu, yaxşı təklifdir. Azərbaycan Dağlıq Qarabağ problemi qaldıqca, Avraisya İqtisadi İttifaqına qoşulmaq barədə düşünmür. Bu müddətdə ittifaqda Azərbaycanın maraqlarının qorunmasına ehtiyac var. Bunu da ən yaxşı formada, xarakter etibarı ilə səmimi görünən Belarus prezidenti Aleksandr Lukaşenko edə bilər”.



İqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, Belarus Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarını daim qoruyub: “Ermənistanın bu ittifaqa üzv olarkən hansı sərhədlər daxilində üzv olması məsələsində Belarus və Qazaxıstan Azərbaycanın mövqeyini müdafiə edir. Belarus Avrasiya İqtisadi İttifaqında Azərbaycanın həm siyasi, həm də iqtisadi maraqlarını qoruya bilər. Nəzərə alsaq ki, Avrasiya İqtisadi İttifaqı iqtisadi qurumdur. Ona görə də mal və məhsulların, eləcə də xidmətlərin daşınması, həmin ittifaqa malların gömrüksüz və ya aşağı rüsmla daxil olması məsələsi var. Güman olunur ki, gələcəkdə yalnız ittifaq daxilində deyil, ona qonşu ölkələrdə həm azad iqtisadi zonaların yaradılması, həm qonşu ölkələrə müəyyən güzəştlərin tətbiq edilməsi gündəmdə olacaq. Bunlar reallaşan zamanı Azərbaycanın həmin layihələrdə iştirak imkanaları yüksək olacaq. Çünki, məhz ittifaqda Azərbaycanla əməkdaşlıqda maraqlı olan, qəti mövqe nümayiş etdirən ölkələr var. Bunlardan biri də təbii ki, Belarusdur”.

Ekspert hesab edir ki, region üçün Avrasiya İqtisadi mühüm əhəmiyyətə əhəmiyyətlidir. “Bu ittifaqın dünya iqtisadiyyatında payı, xüsusən Avropa İttifaqı ilə müqayisədə yüksək deyil. Bu ittifaq dünya iqtisadiyyatının 5 faizini təşkil edir. Amma, region üçün aparıcıdır. Regionda ən ciddi və iqtisadi baxımdan ən güclü ittifaqdır. Region üçün aparıcı olduğu üçün Azərbaycan maraqları daxilində sözügedən birliklə əməkdaşlıqda maraqlıdır. Belarusun Azərbaycana dəstəyi bizə iqtisadi dividentlər gətirir”. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar