Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin ABŞ səfərini önəmli edən nədir?


“Bu,Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bir daha dünyaya çatdırılması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi baxımından önəmlidir”


"BMT kimi mötəbər təşkilatın Baş Assambleyasının tədbirlərində iştirak etmək şübhəsiz ki, hər dövlətin marağında olan məsələdir”.

Bu barədə "Sherg.az”a Prezident İlham Əliyevin ABŞ səfərindən gözləntiləri barədə danışarkən siyasi elmlər doktoru, millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O bildirib ki, təşkilatın üzvü olan ölkələrin dövlət başçılarının görüşündə milli dövlət öz maraqlarından irəli gələn məsələləri diqqətə çatdırmaq üçün mötəbər platforma əldə etmiş olur:

"Eyni zamanda dünyanın siyasi nizamının aktual problemləri məhz belə tədbirlərdə müzakirə olunur. Bu, həm həqiqətlərin, obyektiv informasiyaların dövlət və hökumət başçılarına çatdırılması, həm də qarşılıqlı dialoqun qurulması, əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Səfər çərçivəsində artıq ölkə başçısının bir neçə görüşləri olub. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) təmas qrupu ilə toplantı keçirilib. İƏT-ə üzv olan ölkələrin iştirakı ilə təmas qrupunun yaradılması Azərbaycanın təklifidir. Bu təşkilata daxil olan ölkələrin məlumatlandırılması məqsədi daşıyır. Düşünürəm ki, bu, vacib məsələdir.

Bütövlükdə belə əhəmiyyətli tədbirdə ölkə başçısının iştirak etməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bir daha dünyaya çatdırılması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi baxımından önəmlidir. Bu məsələlərin dilə gətirilməsi ilə dünya ictimaiyyətinin diqqətini münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə cəlb edilməsi baxımdan aktualdır. Hesab edirəm ki, Nyu-Yorkda keçirilən görüşlərdə bir daha Azərbaycan həqiqətləri dünyaya çatdırılacaq, dövlətimizin məqsədləri ön plana çəkilərək, nümayiş etdiriləcək”.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas debatlarda Azərbaycan prezidenti İlham Əliyevin bu gün çıxışı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar