Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentə yalan danışan sahibkarla bağlı yeni faktlar

Bir müddət öncə saytımızda Ağdam rayonunun Əfətli kəndində fəaliyyət göstərən "Qara inək fermer təsərrüfatı" MMC-də maxinasiyaların baş verdiyi barədə xəbər vermişdik


Cari ilin aprel ayının 3-də dərc etdiyimiz məlumatda faktlarla 2008-ci ildə Ağdam rayonunun düşmənlə təmas xəttində yerləşən Əfətli kəndi ərazisində yaradılan "Qara inək” MMC-də xaricdən dövlət hesabına gətirilmiş 200 baş inəyin mənimsənildiyindən bəhs olunurdu. 
 
Xəbərin mahiyyətinə gələrək xatırladaq ki, 2016-cı ilin aprel döyüşləri zamanı erməni silahlı qüvvələrinin atdığı qrad mərmilərdən "Qara inək fermer təsərrüfatı" MMC-nin Ağdam rayonunun Əfətli kəndində yerləşən fermalarına da düşmüşdü. Həmin vaxt təsərrüfata dəyən ziyanla bağlı dövlətin rəsmi agenliyi olan "Azərtac"a açıqlama verən "Qara inək fermer təsərrüfatı" MMC-nin direktoru Fuad Əyyubzadə 11 baş iribuynuzlu heyvanın öldüyünü, 19-nun isə yaralandığını bildirirdi.
 
2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının da iştirak etdiyi "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Fuad Əyyubzadə 2016-cı il aprel döyüşlərində ermənilərin atdığı mərmilərin "Qara inək fermer təsərrüfatı" MMC-nin fermasına düşməsi nəticəsində 200 inəyin tələf olduğunu bildirdi. 
 
Fuad Əyyubzadənin bu yalanının müqabilində isə dövlət "Qara İnək” fermer təsərrüfatının "Aqrolizinq” qarşısında 423,188 min manat məbləğində borcunu silib.
 
Məsələ ilə bağlı aidiyyatı nazirliklərə göndərdiyimiz rəsmi sorğuya isə hələ ki, cavab verilməyib.
 
AzFakt.com-a "Qara inək fermer təsərrüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin digər maxinasiyalarda iştirakı ilə bağlı ciddi faktlar daxil olub.
 
Əldə etdiyimiz məlumatda qeyd olunur ki, ixtisasca hüquqşünas olan Fuad Əyyubzadəyə hazırda digər məsələ ilə əlaqədar olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət işi açılıb. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar