Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentə xəyanət edən oliqarxlar... və “Zaferoğlu İnşaat”


FƏTÖ Azərbaycanda dayaqlarını bərpa edir


Son zamanlar Türkiyədə dövlət çevrilişində ittiham olunan FƏTÖ şəbəkəsinin Azərbaycanda yenidən iqtisadi və siyasi dayaqlarını bərpa etməsi ilə bağlı məlumatlar intensiv şəkildə yayılmağa başlayıb. 

FƏTÖ şəbəkəsinin Azərbaycanda dayaqlarını yenidən bərpa etməsi ilə bağlı son həyacan siqnalını isə bu şəbəkəyə qarşı uzun illərdir ki, istər Türkiyədə, istərsə də Azərbaycanda davamlı olaraq mübarizə aparan, “Terrorun Gülən üzü”, “Səssiz işğal” kitablarının müəllifi, araşdırmaçı jurnalist, “Yeni Çağ” Media qrupunun rəhbəri Aqil Ələsgər edib. Tanınmış jurnalist bir neçə gün əvvəl sosial şəbəkədə paylaşdığı şərhində, “FETÖ Azərbaycanda yenidən güclənməkdədir. Demədi deməyin. Təəssüf ki, Gülənin Azərbaycandakı gənclər qolu hələ də aktivdir. Bir-iki nəfərin üstündən xətt çəkilməsi bütöv şəbəkənin çökməsi demək deyil. Hətta indi “vurulan"ların da yenidən təmizlənməsi prossesinə başlanılıb…”, deyə yazıb.

Qeyd edək ki, son zamanlar daxil olan məlumatlara əsasən deyə bilərik ki, FƏTÖ şəbəkəsi doğurdan da Azərbaycanda özünün maliyyə-iqtisadi dayaqlarını bərpa edib. Belə ki, bir müddət əvvəl adları mətbuatda həm FƏTÖ şəbəkəsi, həm də sabiq MTN-lə əlaqəli olan bir sıra şirkətlər yenidən bəzi dairələr tərəfindən qoruma altına alınıb və onların biznesinə ölkədə hər cür imkanlar tanınmaqdadır. Belə şirkətlərdən biri də FƏTÖ şəbəkəsinə yaxınlığı bilinən “Zaferoğlu İnşaat” şirkətidir.

Xatırladaq ki, bir-iki il bundan əvvəl FƏTÖ şəbəkəsinə qarşı Azərbaycanda dövlət səviyyəsində aparılan mübarizə çərçivəsində “Zaferoğlu İnşaat” şirkətinin biznesinə dəstək olan bir sıra məmurlar həmin dəstəyi məcburi şəkildə dayandırmışdı. Rubrika.az-a daxil olan məlumata əsasən, son bir neçə ayda “Zaferoğlu İnşaat” şirkəti məmurlardan aldığı dəstəkləri yenidən bərpa edib.

Məlumat üçün bildirək ki, 2010-cu ildə təsis olunan “Zaferoğlu İnşaat”-ın əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Bu şirkət Zəfər Məmmədov adlı bir gənc tərəfindən təsis olunub və qəribədir ki, təsis olunduğu ildən başlayaraq Azərbaycanın ən varlı və yüksək çinli məmurlarını öz müştəriləri içinə ala bilib. Qəribədir ki, yeni təsis olunan şirkət birdən birə Azərbaycanda varlıların və məmurların sevimli təmir şirkətinə çevrildiyi kimi, çox qısa zaman sürəsində biznesini Türkiyəyə, Dubaya və hətta ABŞ-a qədər daşıya bilib.

<a href=Prezidentə xəyanət edən oliqarxlar... və “Zaferoğlu İnşaat”">

Təbii ki, belə bir uğurun Zəfər Məmmədov adlı bir gənc tərəfindən əldə olunması şübhə doğurur. Biz heç də Zəfər Məmmədovun biznes istedaına kögə salmaq istəmirik və təbii olaraq, belə uğurlu gənclərimizin çox olmasını diləyirik. Lakin oxucularımızı da razı olar ki, Azərbaycanda qısa mıddət ərzində bir çox oliqarx məmurlardan sifariş almaq elə-belə mümkün deyil. Bunun üçün ya arxanda çox güclü oliqarx məmur olmalıdır, ya da sən hansısa şəbəkənin bir hissəsi olmalısan. Azərbaycanda oliqax məmurlardan başqa cür sifariş almaq mümkün deyil və bu, Azərbaycanda oliqax məmurlardan başqa cür sifariş almaq mümkün deyil və bu, hamıya aydındır. Bəs o zaman Zəfər Məmmədov demək olar ki, ölkənin bütün varlı şəxslərinin onun müştərisi olmasına görə kimə, ya da nəyə borcludur?

Bu barədə Rubrika.az-a danışan mənbə məlumat verib ki, “Zaferoğlu İnşaat” şirkəti FƏTÖ şəbəkəsi tərəfindən yaradılıb və elə bu şəbəkə tərəfindən də Zəfər Məmmədova hər cür imkanlar yaradılıb. Mənbə bildirib ki, ölkənin demək olar ki, bütün varlı şəxslərinin “Zaferoğlu İnşaat” şirkətinin müştərisinə çevrilməsində FƏTÖ-nün Azərbaycandakı şəbəkəsinin müstəsna xidməti olub. Təbii ki, şirkətin əldə etdiyi gəlirlərin böyük bir hissəsi də elə şəbəkənin kassasına gedib.

Təsadüfi deyil ki, FƏTÖ şəbəkəsinin Azərbaycanda ifşasından sonra “Zaferoğlu İnşaat” şirkətinin işlərində çox ciddi axsamalar meydana çıxmışdı. Hətta şirkətin bir daha ayaq üstə dura bilməyəcəyi də danışılırdı. Lakin son zamanlar şirkət yenidən Azərbaycanın ən varlı şəxslərindən sifarişlər almağa başlayıb. Bu barədə Rubrika.az-a danışan mənbə bildirir ki, bunu təsadüf hesab etmək olmaz. Bu, onu göstərir ki, FƏTÖ şəbəkəsi Azərbaycanda yenidən hücrələrini oyandırıb və şəbəkə artıq öz dayaqlarını bərpa edib.

Diqqəti çəkən başqa bir məqam daha var: Azərbaycan və Türkiyə prezidentlərinin arasında əldə edilmiş centlemen razılaşmasına əsasən, FƏTO-nun ölkəmizdəki dayaqları sıradan çıxarılmalıdır. Əcəba, “Zaferoğlu İnşaat”a dəyəri yüz minlərlə ölçülən sifarişlər verən nazirlər, oliqarxlar bunun Azərbaycan -Türkiyə müttəfiqliyinə, Prezident İlham Əliyevin verdiyi sözə xəyanət olduğunu bilmirlərmi?

Qeyd edək ki, əvvədki gücünü və imkanlarını qazanan tək “Zaferoğlu İnşaat” şirkəti deyil. FƏTÖ şəbəkəsinin dirçəltdiyi digər şirkətlər də var ki, bu şirkətlər barədə növbəti yazımızda bəhs edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Rubrika.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar