Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən təyinat sərəncamı gözləyənlər

Prezident İlham Əliyevin aprelin 18-də baş tutan inauqurasiyasından sonra istefaya getmiş hökumətin bir sıra önəmli postları hələ də boşdur


Aprelin 21-də Prezident Əliyev 22 posta təyinat həyata keçirsə də, 6 nazirlik və 10-a yaxın xidmət və komitənin rəhbərliyinə təyinatlar hələ də olmayıb. Gözləntilər var ki, məhz bu gün Prezident təyinatları davam etdirəcək.

Birinci dalğada təyinat alanların əksəriyyəti “köhnələr” olsalar da, bəzi ən gözlənilməz hadisələr də qeydə alındı. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun kənarda qalacağı ehtimalı çox aşağı idi. Eynilə onun yerinə 38 yaşlı Sahil Babayevin gətirilməsi də gözlənilməz oldu. Bundan başqa diqqət çəkən daha bir dəyişiklik Hacıbala Abutalıbovun baş nazirin müavini təyin olunması idi. Kənd təsərrüfatı naziri Heydər Əsədovun “vurulacağına” çox az adam şübhə edirdi. Onun yerinə ASAN xidmətdən İnam Kərimovun təyin olunması isə bir qədər təəccüb doğursa da, əksəriyyət tərəfindən bu dəyişiklik təqdir olundu.

Hökumətin yenidən formalaşdırılmasının ilk mərhələsində bəzi nazirlərin, komitə və xidmət rəhbərlərinin təyinatlardan kənarda qalması da gözlənilməz oldu. Halbuki, öz vəzifəsinə və ya başqa bir posta təyinat almayan bəzi hökumət üzvlərinin kənarda qala biləcəkləri ehtimalı yox kimi idi və belə olduqda onların ikinci təyinat mərhələsinə qalmaları təəccüb doğurdu.

Xatırladaq ki, Prezident aşağıdakı vəzifələrə təyinatları hələ ki, gerçəkləşdirməyib:

- Ekologiya və təbii sərvətlər naziri;
– Gənclər və idman naziri;
– Mədəniyyət naziri;
– Müdafiə sənayesi naziri;
– Səhiyyə naziri:
– Təhsil naziri;
– Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri;
Milli Arxiv İdarəsinin rəisi.

Fikrimizcə, bu nazirlik, komitə və xidmətlərə təyinatların yubanması əsasən 2 amillə bağlıdır:

Birincisi, struktur islahatları davam edəcək, bəzi nazirlik, komitə və xidmətlərin ləğvi, birləşdirilməsi, səlahiyyət bölgüsünün yenidən aparılması və sairə planlaşdırılır ki, buna görə də təyinatlar yubanır.

İkincisi, Prezident konkret şəxslər və vəzifələrlə bağlı qəti qərarını verməyib. Bu baxımdan təyinat almayan nazir, komitə sədrləri və xidmət rəhbərlərinin bəzilərinin başqa işə keçirilməsi, hətta daha yüksək vəzifə almaları ehtimalı da var. Hökumət dəhlizlərindən gələn konkret məlumatlar da bunu sübut edir.

Bu baxımdan, yuxarıda qeyd etdiyimiz kimi, bəzi nazirlərin ilk dalğa təyinatlardan kənarda qalması heç də onların “vurulacaqları” demək deyil. Məsələn, nazirlərdən Əbülfəs Qarayev, Azad Rəhimov və Hüseyn Bağırov, komitə sədrlərindən Tahir Budaqov, Kərəm Həsənov, Mübariz Qurbanlı və digərlərinin indiki vəzifələrinə təyin olunmasalar belə, hökumətdən kənarda qalacaqları ehtimalı çox azdır. Onlar struktur islahatlarından sonra öz vəzifələrində də qala, digər işə də keçirilə bilərlər. Məsələn, Əbülfəs Qarayevin Elçin Əfəndiyevin yerinə baş nazirin müavini təyin olunacağı istisna deyil. Onun və həmçinin Gənclər və İdman naziri Azad Rəhimovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunu tutmaları da mümkün hesab olunur.

Hökumət dəhlizlərində danışılanlara inansaq, Hüseyn Bağırovun isə hətta Təhsil naziri postuna təyin olunacağı gözləntisi də var. Həyatının böyük bir hissəsi elm və təhsillə bağlı olan H.Bağırov, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub, Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb. Müəyyən dövrdə isə Qərb Universitetinə rəhbərlik edib. Yəni təhsil sektoruna dərindən bələd olan bir şəxsdir. 

Bunlardan başqa Gömrük Komitəsinin sədri Aydın Əliyevin, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin və Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun da hökumətdə qalacaqları ehtimal olunur. Prezidentin gənclik tanışlarından olduğu bildirilən Tahir Budaqovun da adı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna namizədlər sırasında keçir.

Qısası, təyinat almayanlarla bağlı nəticə çıxarmaq hələ ki, tezdir.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar