Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident “İctimai İnternet” şəbəkəsinin açılışında


Bu gün prezident İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və yüksək texnologiyalar Nazirliyi Bakı telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub


“APA-Economics”in məlumatına görə, artıq bu gündən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən istifadə edə bilərlər.
 
Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” şirkəti tərəfindən zəruri avadanlıqlar (Access Point) quraşdırılıb.  Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
 
Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli, eləcə də beynəlxalq mütəxəssislər tərəfindən test edilib.  
 
Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin “ZTE” şirkəti tərəfindən burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir.
 
Qeyd edək ki, xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülüb.
 
Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlar əsasən müəyyənləşdirilib.
 
İlin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bundan başqa, Heydər Əliyev Mərkəzinin parkında da bu istiqamətdə işlər həyata keçiriləcək.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar