Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Ziya Məmmədovun doğulduğu rayona getdi, amma...


Prezident Ziya Məmmədovun doğulduğu rayona getdi – Nəqliyyat naziri yenə üzə çıxmadı


Xəbər verildiyi kimi, oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UcarGöyçay rayonlarında olub, yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib, həmçinin hər iki rayonda son vaxtlar aparılan abadlıq-quruculuq işləriylə yaxından tanış olub.

Qeyd edək ki, bu gün də ölkə mətbuatının diqqət kəsildiyi məsələlərdən biri Ucarda doğulan və Göyçay-Ucar rayonlarına qeyri-rəsmi “kuratorluq” edən Nəqliyyat naziri Ziya Məmmədovun bu səfər ərəfəsində Prezidentin ətrafında görünüb-görünməyəcəyi idi.

Bəlkə də bu səbəbdən idi ki, Prezidentin UcarGöyçaya səfərləri barədə rəsmi agentliklər xəbər yaysalar da, aradan saatlarla vaxt keçməsinə baxmayaraq, açılış mərasimlərindən hər hansı fotoşəkil və videokadrlar yayımlanmırdı.

Azərbaycan Dövlət Televiziyasının Göyçay-Ucar avtomobil yolunun açılış mərasimindən axşamüstü yaydığı kadrlarda isə Ziya Məmmədov bu dəfə də gözə dəyməyib....

Xatırladaq ki, rəsmi olaraq Ziya Məmmədovun  məzuniyyətdə olduğu bildirilir, qeyri-rəsmi mənbələr isə Nəqliyyat nazirinin məzuniyyətini Ucarda – doğma Qazıqumlaq kəndində keçirdiyini söyləyirlər. Hətta ölkə qəzetlərində Nəqliyyat nazirinin dünən UcarGöyçayda camaat arasına çıxdığı, bazarlıq etdiyi, ehtiyacı olanlara pul payladığı haqda informasiya da verilmişdi.

Belə görünür ki, Ziya Məmmədov Prezidentin bölgəyə səfərindən öncədən məlumatlı olub və əhalinin ondan şikayətçi düşməməsi üçün qabaqcadan özü barəsində "qayğıkeş", "camaata əl tutan" obrazının yaradılmasına hesablanmış jestlər edib.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar