Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Zakir Fərəcova hansı tapşırıqları verib?


Sumqayıtın yeni başçısının dövlət rəhbərliyinin təqdirini qazanması onun vəzifədə irəli çəkilməsinə səbəb olub; gözlər Fərəcovda – bacaracaqmı?


Xəbər verdiyimiz kimi, sentyabrın 2-də ölkə prezidenti İ.Əliyev müvafiq sərəncamlarla bir sıra rayon və şəhərlərin icra başçılarını dəyişib. Yeri dəyişdirilən icra başçılarından biri də Abşeron Rayon İH başçısı Zakir Fərəcov olub. Ölkə başçısı Fərəcovu Sumqayıt şəhərinə başçı təyin edib.

Məsələ burasındadır ki, Abşeron ən iri rayonlardan biri olmaqla yanaşı, onun Bakının ətrafında, belə desək, şəhərin böyüyən hissəsində yerləşməsi bu rayonu hər zaman diqqət mərkəzinə çıxarıb. Ölkə başçısının Zakir Fərəcova daha böyük etimad göstərməsi gözlənilən idi.

Qeyd edək ki, Zakir Fərəcov Sumqayıta “yad adam” sayılmır. O, sumqayıtlıdır. Uzun illər bu şəhərdə yaşayıb işləyib. 1999-2004-cü illərdə isə Sumqayıt bələdiyyəsinin sədri işləyib.

Fərəcov Zakir Fərəc oğlu 1954-cü il fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində texnik işləyib. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.

Onu yaxından tanıyan keçmiş işçisi qəzetimizə bunları deyib: "Zakir Fərəcov Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində baş direktor olarkən ciddi fəaliyyəti ilə seçilib. Şəhər təsərrüfatını çox yaxşı bilir. Üstəlik, illərin təcrübəsi Zakir Fərəcovu yaxşı idarəçi kimi xarakterizə etməyə imkan verir".

Yəqin buna görə də prezident İlham Əliyev hakimiyyətə gəldikdən az sonra Z.Fərəcovu ən mürəkkəb və dağınıq bir rayona rəhbər təyin etdi. Ekspertlər bildirir ki, 10 il müddətində Z.Fərəcov Abşeronda çox ciddi işlər görüb. O, rayon ərazisini bataqlıqdan, zibillikdən təmizləyib abadlaşdırıb. Z.Fərəcovu yaxından tanıyan, onunla vaxtı ilə birlikdə işləmiş şəxslərin məlumatına görə, idarəçiliyi və təsərrüfat işini yaxşı bilməsi onu dövlət rəhbərliyinin gözündə qaldırıb. Xırdalanın abadlaşdırılması, oranın prezident tərəfindən şəhər statusu alması ilə nəticələnib.

Z.Fərəcov prezident tərəfindən 2012-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Bizə çatan məlumata görə, Z.Fərəcovun daha yuxarı vəzifəyə irəli çəkilməsində ilk növbədə onun özünün ölkə rəhbərliyi qarşısındakı xidmətləri dayanır. Z.Fərəcov daha az büdcə ilə Xırdalan şəhərinin abadlaşdırılmasını, infrastrukturun yenidən qurulmasını təmin edib və bu işləri şəhərə səfər edən ölkə başçısının diqqətini cəlb edib.

Z.Fərəcovun Xırdalanda tikdirdiyi Heydər Əliyev Mərkəzi dövlət rəhbərliyinin çox xoşuna gəlib. Şahidlərin dediyinə görə, prezident İlham Əliyev Xırdalana səfəri zamanı Zakir Fərəcova tikdirdiyi Heydər Əliyev Mərkəzinə görə təşəkkür edib. Dövlət başçısı hamının yanında deyib ki, rayonlarda indiyədək inşa olunan Mərkəzlərin içində ən yaxşısını Z.Fərəcov tikdirib. "Prezidentdən bu təqdiri almaq hər icra başçısına nəsib olmur" - deyə mənbə bildirib.

Sumqayıtın yeni başçısına etimadın daha bir səbəbi onun Xüsusi Dövlət Mühafizə Xidməti rəhbərliyi ilə yaxın olmasıdır. Bizə çatan bilgilərə görə, Fərəcovu XDMX rəhbərliyinə yaxın qohumluq əlaqələri bağlayır. Bizə çatan bilgilərdə o da iddia olunur ki, vəzifədə irəli çəkilməsində bu amilin də rolu olub.

Sumqayıtda yaşayan, uzun illər bu şəhərdə rəhbər vəzifə tutan digər bir şəxs müxbirimizə bildirib ki, Zakir Fərəcov Sumqayıtı abadlaşdıracağına, ən əsası, yerli əhalinin illərdən bəri yığılıb qalan sosial-iqtisadi problemlərinin həllinə dair dövlət rəhbərliyi qarşısında öhdəlik götürüb. Mənbəmiz iddia edir ki, yeni başçı bu işlərin öhdəsindən gələ biləcək. Onun sözlərinə görə, bu qənaətə gəlməsi üçün ortada nümunə var - Abşeron nümunəsi...

Zakir Fərəcov çox ciddi yükün altına çiyin verib. Öhdəsindən gələ biləcəkmi? Bunu zaman göstərəcək...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar