Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Jose Qratsiano Da Silvanı qəbul edib


Prezident İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


PİA.AZ-ın prezidentin saytına istinadən məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silva ilə Romadakı son görüşünü məmnunluqla xatırlayan dövlət başçısı onun ölkəmizə səfərinin və keçirdiyi görüşlərin məhsuldar və uğurlu olacağına əminliyini ifadə edib. 

Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi üçün böyük planların olduğunu deyib.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jose Qratsiano Da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və bu ölkələrdən yalnız 18-nin buna nail olduğunu vurğulayıb. Bu öhdəlikdən sonra həmin ölkələrin yoxsulluğun 5 faizdən aşağı endirilməsini hədəf götürdüklərini qeyd edən baş direktor Azərbaycanın dünyada buna nail olan 29 ölkədən biri olduğunu vurğulayaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ilin iyununda keçirəcəyi konfransda ölkəmizin bu təşkilatın xüsusi medalı ilə təltif ediləcəyini deyib. O, Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin xüsusi ilə region ölkələri üçün yaxşı nümunə olacağını da bildirib.
 
Görüşdə Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar