Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir


Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadədən Prezident İlham Əliyevə təbrik məktubu gəlib


Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin üzvləri, Qərbi Balkanlardakı Azərbaycansevərlər adından Sizi səmimi qəlbdən təbrik edirik.

Harada yaşamağımızdan, nə işlə məşğul olmağımızdan asılı olmayaraq, bizim bir Vətənimiz, bir Bayrağımız, bir Prezidentimiz vardır. Vətənimizlə nəfəs alırıq, ölkəmizlə qürur duyuruq. Azərbaycanın və yerləşdiyi təlatümlü regionun üzərini almış qara buludlar, ölkəmizə qarşı çirkin oyunlar, nifrət və nifaq toxumu səpmək istəyənlərin məkrli planları, qərəzli mövqeləri xaricdən daha aydın görünür. Sözsüz ki, bunlar hər bir vətənsevəri narahat etməyə bilməz. Azərbaycan xalqı yalnız Sizin rəhbərliyinizlə həmrəy olmaqla, ölkəmiz, dövlətimiz isə sabitliyi qoruyaraq daha da güclənməklə bu təhdidlərə, məkrli planlara qarşı dayana, süni və əsassız siyasi və iqtisadi təzyiqlərə sinə gərə bilər.

Ölkəmizin və xalqımızın bu kəşməkəşli tarixi dövrü mətanətlə keçəcəyinə, düşmən işğalında olan əzəli torpaqlarımızın qüdrətli Ordumuz tərəfindən geri qaytarılacağına əminik. Həmişə söylədiyiniz kimi, gücünü aldığınız xalq tərəddüdsüz olaraq Sizin arxanızda olduğunu bir daha nümayiş etdirdi və dünyada bu gücə qarşı dura biləcək qüvvə yoxdur. Hər kəs bir daha əmin oldu ki, xalqın Sizə olan inamı və ümidləri çox böyükdür.

Dünyada, o cümlədən ölkəmizə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmayan, onların kobud şəkildə pozulduğu, demokratiya və insan hüquqlarından yalnız təzyiq və təsir vasitəsi kimi istifadə edildiyi bir dövrdə Vətənimizin daha da çiçəklənməsi, sabitliyinin qorunması, siyasi, iqtisadi və hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətinizi bundan sonra da əzmlə davam etdirəcəyinizə sidq ürəkdən inanırıq və xalqımızın xoşbəxt gələcəyi naminə atdığınız hər bir addımınızın yanında olduğumuzu bilməyinizi istəyirik.

Sizə ali dövləti fəaliyyətinizdə və növbəti tarixi missiyanızda uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirik.

Allah Sizin və Azərbaycan xalqının yardımçısı olsun".

XXX

Krans Montana Forumunun təsisçisi və fəxri prezidenti, səfir Jan Pol Karterondan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Krans Montana Forumunun idarə heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin seçkilərdəki qələbəniz xalqın Azərbaycanın gələcək inkişafına inamının və Zati-alinizə bəslədiyi ümidlərin ifadəsidir. Bu, həm də Sizin xalqınız üçün gördüyünüz işlərin nəticəsidir.

Uzun illər ərzində Krans Montana Forumu Sizin gözəl ölkənizlə mehriban və səmərəli əlaqələri davam etdirib. Əminəm ki, bu əməkdaşlıq qarşıdakı illərdə də uğurla davam edəcəkdir.

Cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, ailə xoşbəxtliyi, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

XXX

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermandan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm".

XXX

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rəhbəri, beynəlxalq ekspert xanım Qven Börçeldən:

"Möhtərəm cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli və məsuliyyətli vəzifədə Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Bilirəm ki, məqsədlərinizdən biri də ölkədə köklü və ciddi sosial islahatların həyata keçirilməsidir. Bu vacib işdə mən və mənim komandam - Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı Sizin gözəl ölkənizə dəstək olmaq niyyətindəyik.

UAFA 1998-ci ildən bəri həm Azərbaycanda, həm də beynəlxalq aləmdə sosial siyasət sahəsində tanınmış bir QHT-yə çevrilib. Bizim məqsədimiz Azərbaycanda sosial həyatın uzunmüddətli inkişafı ilə bərabər, cəmiyyət üçün bilik mübadiləsi məsələlərində davamlı bir resurs olmaqdır.

Əminəm ki, gücümüzü, imkan və resurslarımızı səfərbər edərək qarşıya qoyduğumuz məqsədlərə Sizin dəstəyinizlə tez bir zamanda çatacağıq.

Bir daha Sizi təbrik edir və gələcək işlərinizdə uğurlar arzulayıram".

XXX

GUAM-ın baş katibi Altay Əfəndiyevdən:

"Zati-aliləri. Sizi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM adından və şəxsən öz adımdan təbrik edirəm.

GUAM-ın müşahidə missiyasının üzvü qismində Bakı, Sumqayıt şəhərlərində və ətraf qəsəbələrdəki seçki məntəqələrində olarkən seçicilərin yüksək fəallığına, seçki prosesinin qüsursuz təşkilinə və ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldığına şahid oldum.

Sizin inamlı qələbəniz ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının böyük etimadının göstəricisidir.

Sizin rəhbərliyiniz ilə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edərək beynəlxalq arenada mühüm tərəfdaşa, sabitliyin və məhsuldar əməkdaşlığın önəmli amilinə çevrilmişdir.

Qurucularından biri dahi Heydər Əliyevin olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM çərçivəsində regional əməkdaşlığın inkişafında Azərbaycanın yerini və rolunu, Sizin şəxsi töhfənizi biz yüksək dəyərləndiririk.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, güclü, müstəqil, inkişaf etmiş və demokratik Azərbaycanın tərəqqisi yolunda Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram. Ümidvaram ki, regionda sülh, sabitlik, dost ölkələrimizin və xalqlarımızın tərəqqisi və rifahı naminə GUAM çərçivəsində sıx qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da davam edəcəkdir".(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar