Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyevə medal verildi


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib


PİA.AZ AzərTac-a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu cür tədbirlərin yaxşı fürsət yaratdığını bildirdi.  Bir sıra beynəlxalq tədbirlərin təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.

Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olundu, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindən məmnunluq ifadə olundu. 

Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.

Sonda xatirə şəkli çəkdirilib.

***

Prezident İlham Əliyevin adından Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin şərəfinə ziyafət verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar