Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Çin liderinə məktub ünvanladı –Mətn


Azərbaycan Prezidenti İlham Əliyev Si Szinpini Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib


PİA.AZ xəbər verir ki, təbrik mətnində deyilir:

“Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz tarixi ənənələrə malik Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Daim artan siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur. Bizi həm də regionumuz üçün böyük əhəmiyyət daşıyan perspektivli infrastruktur layihələrinin gerçəkləşdirilməsində tərəfdaşlıq münasibətləri birləşdirir.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli qaydada, eləcə də beynəlxalq və regional formatda qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar