Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Beynəlxalq Cüdo Federasiyasının qızıl medalını aldı

Azərbaycan Prezidenti Beynəlxalq Cüdo Federasiyasının qızıl medalını aldı


Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
 
APA-nın məlumatına görə, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
 
Yubiley mərasiminin iştirakçıları prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
 
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevmərasimdə nitq söyləyib.
 
Sonra Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Janez Koçijançiç çıxış edib. O, Azərbaycan prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim edib.
 
Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib. M. Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.
 
Dövlət başçısı yüksək mükafatlara görə Janez Koçijançiçə və Marius Vizerə təşəkkürünü bildirib.
 
Mərasim konsert proqramı ilə davam edib.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar