Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Preyli şəhər dumasının üzvlərinin Qaradağ rayonu gəncləri ilə tanışlığı - Fotolar


Latviya Respublikasının Preyli şəhər dumasının üzvlərinin Qaradağ rayonu gəncləri ilə tanışlığı


Qaradağ rayonunda səfərdə olan Latviya Respublikasının Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti istedadlı gənclərin aşkara çıxarılması və onların asudə vaxtlarının səmərəli istifadə olunması üçün yaradılmış şəraitlə yaxından tanış olmaq məqsədilə 23 noyabr 2017-ci il tarixdə Sahil qəsəbəsində yerləşən Gənclər Evində oldular. Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov qonaqların nəzərinə çatdırdı ki, ölkədə prioritet hesab edilən məsələ - gənclər siyasəti dövlətin daim diqqət mərkəzindədir. 

Dövlət gənclər siyasətinin ardıcıl olaraq davam etdirilməsi və gənclərin potensialının üzə çıxarılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən sonuncusu 2017- 2021-ci illəri əhatə edən üç “Azərbaycan Gəncliyi Dövlət Proqramı və onların icrası ilə bağlı müvafiq tədbirlər planları imzalanmışdır. Qeyd olundu ki, hal- hazırda Gənclər Evinin tikilərək rayon gənclərinin istifadəsinə verilməsi həmin proqramın əsas bəndlərindən biridir. Daha sonra binada olan sərgi və foto-stendlər, lazımi avadanlıqlarla təchiz olunmuş otaqlar , klublar və onların təyinatı barədə qonaqlara ətraflı məlumat verildi, yeniyetmə və gənclərin əl işlərinə, çəkilmiş rəsmlərə baxış oldu.

Qonaqlar “Conversation club”da ingilis dilində keçirilən “Nə, Harada, Nə
zaman” oyununun iştirakçıları ilə tanışlıqdan sonra görüşü rusdilli məktəblilərlə elektron kitabxanada davam etdirdilər. Gənclər Latviyalı qonaqlara Latviya təhsil sistemi, ali məktəblərə qəbul qaydaları, ölkələrindəki aparıcı təhsil ocaqları haqqında maraq dairələrinə daxil olan suallarla müraciət etdilər. Latviyanın Preyli diyar bələdiyyəsi ilə Qaradağ rayonunun Sahil bələdiyyəsi qardaşlaşmış bələdiyyələr olduğunu nəzərə çatdıran məktəblilər iki bölgənin şagirdləri arasında təcrübə mübadiləsinin, turizm səfərlərinin mümkünlüyü barədə də suallar verdilər.

Qarşılıqlı anlaşma və səmimi şəraitdə keçən görüşdən sonra qonaqların iştirakı ilə “Nə, Harada, Nə zaman” oyununun” qaliblərinə müvafiq dərəcəli diplomlar və medallar təqdim olundu.

Qonaqlar Gənclər evindən məmnun və xoş təəssüratlarla ayrıldılar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar