Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Postsovet məkanının təhlükəli münaqişəsi


Qarabağ ixtilafı onun memarı olan Rusiya vasitəsilə çözüləcək, yoxsa Rusiyasız? Politoloq: “Son vaxtlar Moskvadan kompromisə meylli çağırışlar eşidilməkdədir...”


Fevral (1988) həm də Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönəlik aqressiv separatçı hərəkatın başladığı aydır. 

Ermənistanın Azərbaycana əsassız ərazi iddiasından doğan və Rusiyanın məqsədli şəkildə körüklədiyi Qarabağ münaqişəsi az qala, 30 ilə yaxındır ki, nəinki Ermənistanın və Azərbaycanın, bütövlükdə Güney Qafqazın inkişafını əngəlləyən əsas maneə olaraq qalır.


Artıq sülh danışıqları da erməni tərəfinin təxribatçı mövqeyi ucbatından xeyli müddətdir dalana dirənib. Ötən həftə Fransa prezidenti Fransua Ollandın bu mövzuda ermənipərəst açıqlaması bir daha göstərdi ki, işğalçıya gizli-açıq simpatiya bəsləyən ATƏT-in Minsk Qrupu həmsədrlərindən bu yöndə konstruktiv nəsə gözləməyə dəyməz.


Sözsüz ki, postsovet məkanındakı etnik-ərazi münaqişələrinin həllində Rusiya amili hələ ki aparıcı olaraq qalır. Moskva isə onları nizamlamağa tələsmir. Çünki belə görünür, regionla bağlı izlədiyi əsas hədəflərin heç də hamısına çatmayıb. O sırada Qarabağ problemi Kreml üçün sözsüz ki, məxsusi önəm daşıyır. Ona görə ki, bu konflikt Rusiya üçün eyni vaxtda bölgənin iki ölkəsinə - Azərbaycana və Ermənistana mühüm təsir rıçaqı yaradır.


***
Bəs Dağlıq Qarabağ ixtilafı başda olmaqla, keçmiş SSRİ məkanında Moskvanın əli ilə yaradılan münaqişələr nə vaxt yoluna qoyulacaq və bu, kimin vasitəsilə olacaq: - Rusiyanın, yoxsa əksinə, Moskva nizamlama prosesindən uzaqlaşdırıldıqdan sonra? Və ilk olaraq, onlardan hansının həlli daha real görünür?


“Postsovet məkanındakı münaqişələrdən Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələri dondurulmuş, Ukraynanın şərqindəki və Dağlıq Qarabağ münaqişələrini isə aktiv münaqişələrdir”. Bu fikri tanınmış rusiyalı politoloq Sergey Markedonov adıçəkilən münaqişələrin perspektivindən danışarkən deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi postsovet məkanındakı digər münaqişələrlə müqayisədə daha böyük təhlükə daşıyır.


“Ötən ilin aprelində baş verən müharibə hamıya məlumdur. Aprel hadisələrinə qədər də belə hallar müşahidə olunmuşdu. Bu, onu göstərir ki, problem olduqca ciddidir” - politoloq qeyd edib. Nə qədər qəribə də olsa, ekspert ardınca Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərb və Rusiyanın mövqeləri olduqca yaxın olduğunu söyləyib.


Sitat: “ABŞ Rusiyanın bu münaqişənin sülh yolu ilə həllində tutduğu mövqeni dəstəkləyir. Aprel hadisəsindən sonra qərbli diplomatların Rusiyanın sülh istiqamətində atdığı addımları necə təriflədiyinin şahidi olduq. Ona görə də indi bu regionda güc və zor tətbiqini minimallaşdırmağa şans var”.

Bununla belə, rusiyalı politoloq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının çox çətin məsələ olduğunu vurğulayıb: “Məlumdur ki, danışıqlar masasında iki əsas məsələ var. Bunlardan biri Dağlıq Qarabağın statusu, digəri isə ona bitişik rayonların işğaldan azad edilməsi məsələsidir. Lakin əsas məsələ kimin birinci addım atması, güzəştə getməsi, hansı məsələnin birinci yerinə yetirilməsidir. Rusiya bu məsələdə həlledici rol oynaya bilər. Çünki Moskvanın həm Bakıya, həm də İrəvana təsir imkanı var”.


***


Lakin o da faktdır ki, Moskva bu müstəsna imkandan illərdir istifadə eləmir. Daha doğrusu, konfliktin həllində deyil, onun uzanmasında və Azərbaycanla Ermənistanı öz siyasi-hərbi orbitində daha möhkəm sazlamaq üçün yararlanır. Belə vəziyyətdə Azərbaycan üçün yeganə məqbul yol öz hərbi qüdrətini və silahlı qüvvələrinin döyüş hazırlığını daima artırmaqdır. Ermənistan isə aydın məsələdir ki, silahlanma yarışına iqtisadi-maliyyə cəhətcə tab gətirə bilməyəcək. Siyasi ekspertlərin bu yöndə qənaətləri də eyni qəbildəndir.


Ermənistan hazırda sürətlə geriləyir, əhali və iqtisadi imkanları çox aşağı səviyyədədir. Belə bir şəraitdə, hətta arxasında Rusiya dayansa da, zənnimcə, səbir və təmkinlə, dünya dövlətlərinin dəstəyi ilə Azərbaycan Qarabağ istiqamətində mühüm addımlar atacaq”. Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib (axar.az). Politoloqun sözlərinə görə, prezident İlham Əliyev Cocuq Mərcanlı ilə bağlı böyük dəyişikliklərə start verməklə Ermənistana göstərdi ki, Qarabağ istiqamətində lazımi addımlar atılacaq.


“Bu addımlar da atılmaqdadır. Ölkədə siyasi, iqtisadi islahatlar gedir. Azərbaycan Avropa Birliyi, Avropa Şurası və digər qurumlarla iqtisadi, siyasi əlaqələrini daha da sıxlaşdırır. Tarazlaşdırılmış siyasətdə müəyyən qədər Qərbə doğru meyllənmə hiss edilməkdədir. Ölkəyə investisiya və turist axınını gücləndirmək üçün çox ciddi səylər göstərilir. TANAP-la bağlı işlər başa çatdırılmaq üzrədir. İlk Azərbaycan qazı TANAP layihəsi ilə Yunanıstandan keçərək İtaliya, Albaniya, Serbiya və digər Avropa ölkələrinə nəql ediləcək. İkinci faza isə gələn il işə düşəcək ki, bu da Azərbaycana ildə 30 milyon kubmetr qaz nəql etməyə imkan verəcək. Bu isə böyük maliyyə resursları deməkdir. Eyni zamanda qeyri-neft sektoruna sərmayə yatırılması istiqamətində investisiyanın cəlb edilməsi də böyük əhəmiyyət kəsb edir. Prezidentin Brüsselə səfəri zamanı bu istiqamətdə çox ciddi danışıqlar aparıldı. Azərbaycanın güclü potensialı ölkənin hərbi qüdrətinin artması deməkdir. Çünki Ermənistan hazırda sürətlə geriləyir, iqtisadi imkanları çox aşağı səviyyədədir. Belə bir şəraitdə, hətta arxasında Rusiya dayansa da, zənnimcə, səbir və təmkinlə, dünya dövlətlərinin dəstəyi ilə Azərbaycan Qarabağ istiqamətində mühüm addımlar atacaq”, - deyə sabiq dövlət müşaviri qeyd edib.


Politoloqa görə, son bir neçə gündə Ermənistan ordusuna vurulan dəqiq lokal zərbələr və ermənilərin xeyli itki verməsi çox şeydən xəbər verir: “Belə bir sarsılmaz siyasi iradə, prezidentin ardıcıl, qətiyyətli xətti qarşı tərəfi düşünməyə vadar edir. Son zamanlar Rusiyadan kompromisə meylli çağırışlar eşidilməkdədir. Düzdür, o qədər də səmimi xarakter daşımasa da, hər halda, Azərbaycanın iradəsi qarşısında atılan addımlardır”.


Azərbaycanın iradəsi isə öncə Azərbaycan xalqının iradəsidir və son olaraq, bu iradə bir daha ötən ilin aprel döyüşlərində nümayiş etdirilib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar