Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Populist dini xadimin bloku İraq seçkilərinin qalibi oldu


İraqın seçki komissiyası şənbə günü İraq Müharibəsi dövrü ABŞ qoşunlarına qarşı döyüşmüş, populist şiə dini xadim Müqtədə Əl-Sədrin rəhbərlik etdiyi alyansın ölkə parlament seçkilərində ən çox yer qazanan siyasi qüvvə olduğunu elan edib


Əl-Sədrin “İslahatlara Doğru Yürüş” blokunun İraq kommunistləri ilə alyansı parlamentdə 54 yer qazanıb. “Fəth Alyansı” 47 yerlə ikinci, baş nazir Heydər Əl-Abadinin rəhbərlik etdiyi “Qələbə Alyansı” isə 42 yerlə üçüncü olub.

Seçkilərdə namizəd kimi iştirak etməyən Əl-Sədr ölkənin baş naziri postunu tuta bilməyəcək. Lakin alyansın rəhbəri kimi, onun ölkə siyasətinə təsir edə biləcək. Məsələn, yeni formalaşacaq İraq hökümətinin müəyyən edilməsi zamanı onun mövqeyi əhəmiyyətli rola malik olacaq.

12 may tarixində keçirilmiş seçkilərin nəticələrinin yubadılmasının səbəbi seçkilərdə istifadə edilən elektron sistemin düzgün çalışdığını müəyyən edilməsi idi.

ABŞ müdafiə naziri Cim Mattis daha öncə bildirib ki, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ iraqlıların seçimini dəstək nümayiş etdirəcək. Əlavə olaraq Mattis, İraqın demokratiyaya doğru irəliləyişini alqışlayıb ("Amerikanın səsi").

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar