Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pompeo “Rusiyanı yerində oturtmaq lazımdır”, deyir - ABŞ və Rusiya arasında “dəmir pərdə” asılır?


Vəli Əlibəyov: “Putinin yuxudan ayılarkən SSRİ-ni bərpa etmək barədə düşünməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun ancaq dünən ağlına gəlməsi böyük faciədir. Putin bu barədə 2000-ci ildən, Rusiya Prezidentinin vəzifələrini icra etdiyi andan düşünür”

 
Tofiq Abbasov: “ABŞ postsovet məkanında gedən prosesləri də öz nəzarətinə götürmək istəyir”.

Tramp və Putinin cəhdlərinə baxmayaraq, ABŞRusiya arasında qarşıdurmanın miqyası daha da böyüyür. Hətta Trampın komandasında belə anti-Rusiya meyləri getdikcə artmaqdadır. Artıq demək olar ki, iki ölkə arasında soyuq savaş bütün sahələri əhatə edir. 

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru  (MKİ) Mayk Pompeo dünən Vaşinqtonda etdiyi çıxışında bildirib ki, ABŞ bütün sahələr üzrə Rusiyaya qarşı durmalııdır. “Putin hər gün yuxudan ayılırkən SSRİ-ni bərpa etmək barədə düşünür”, deyə MKİ direktoru sözlərini əsaslandırmağa çalışıb. Vaşinqtonda çıxışı zamanı Pompeo Putinin yürütdüyü siyasətin ABŞ-a təhlükə olduğuna diqqət çəkib:  “Bizim Vladimir Putinin niyyətləri ilə bağlı qiymətləndirməmiz dəyişməyib. O, hesab etməyə davam edir ki, Sovet İttifaqının dağılması XX əsrin ən böyük faciəsi idi. O, SSRİ-ni keçmiş böyüklüyünə və şöhrətinə qaytarmaq niyyətindədir. Putin hər gün bu fikirlərlə oyanır, yenidən seçilmə onun ikinci fikridir”. 

Amerikanın kəşfiyyat şefi həmçinin bildirib ki, Rusiyanın hərəkətlərinə qarşılıq vermək və onu yerində oturtmaq lazımdır. Pompeo bu sözlərini izah etməyib. 

Qeyd edək ki, ABŞ-ın yeni açıqlanan Milli Təhlükəsizlik Strategiyasında Rusiyanı özünə qarşı əsas beş təhlükədən biri hesab edir. Bu isə onu deməyə əsas verir ki, yaxın on il müddətində ABŞ-la Rusiya arasında qarşıdurma ən üst səviyyədə davam edəcək. Bu qarşıdurmanın hərbi yolla bitməsi az ehtimal olunsa da, qarşıdurmanın iki ölkə arasındakı bütün əməkdaşlıq sahələrinə sirayət edəcəyi şübhə doğurmur.

ABŞRusiyanın qarşıdurması yaxın illərdə dünyaya nə vəd edir və bu qarşıdurmanın sonucunda Rusiya indiki mövqelərini qoruyub saxlamağa, ya da daha çoxböyütməyə qadirdirmi? Trampın prezidentliyi dönəmində iki ölkə arasında münasibətlərin normallaşması mümkündürmü, yoxsa iki dövlət arasında “dəmir pərdə” asılacağı gün yaxınlaşır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Tofiq Abbasov və Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, politoloq  Vəli Əlibəyovun fikirlərini öyrənib.


Image result for vəli əlibəyov

Vəli Əlibəyov: “Qarşıdurma son nəticədə ya Rusiyanın mövqelərindən geri çəkilməsi, yaxud da Rusiyada nəhəng  sosial partlayışla nəticələnəcək”.


Tramp dönəmində ABŞ-Rusiya münasibətlərində normallaşmanın olmayacağını bildirən politoloq Vəli Əlibəyova görə, iki ölkə arasındakı gərginliyin əsas səbəbi Rusiyanın  SSRİ-ni yenidən bərpa etmək istəyidir:

“Putinin yuxudan ayılarkən SSRİ-ni bərpa etmək barədə düşünməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun ancaq dünən ağlına gəlməsi böyük faciədir. Putin bu barədə 2000-ci ildən, baş nazir olaraq Rusiya prezidentinin vəzifələrini icra etdiyi andan düşünür. Onun çıxışlarını, atdığı addımları, verdiyi qərarların adi bir təhlili bunu görmək üçün kifayət edərdi. 

Mən hələ Rusiya himnini SSRİ himni ilə əvəzləməsini demirəm. MKİ vaxtında buna vaxtında ciddi diqqət yetirsəydi, bəlkə də Gürcüstana, Ukraynaya qarşı olan təcavüzlər olmazdı, Qarabağ işğaldan azad olunardı. Həqiqətən də bu gün şimal qonşumuz Rusiya imperiyasının bərpası barədə düşünür və bu istiqamətdə müəyyən işlər görür. Belə bir niyyət tək Rusiyaya qonşu olan dövlətlər üçün yox, ümumiyyətlə, bütün dünya üçün təhdiddir. ABŞ ilə Rusiya arasında müşahidə etdiyimiz gərginliyin də əsas səbəbi budur.

Bu qarşıdurmadan kim qalib, kim məğlub çıxacaq sualına cavab vermək üçün tərəflərin bu qarşıdurmaya hansı resurslarla qatıldıqlarına baxmaq lazımdır. ABŞ tərəfində güclü iqtisadiyyat və ordu, müasir texnologiyalar və s. varsa, Rusiyanın bu qarşıdurmada əsas silahı imperiya düşkünü olan xalqı  və qonşu dövlətlərdəki 5-ci kolonlarıdır. 

Vəli Əlibəyov: “Rusiyanın bu qarşıdurmada əsas silahı imperiya düşkünü olan xalqı  və qonşu dövlətlərdəki 5-ci kolonlarıdır”.



Son illər Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar ölkənin iqtisadiyyatına ciddi təsir edib. Bu sanksiyalara rəvac verən Kremlin siyasi ambisiyaları Rusiyanın biznes elitasının da narazılığına səbəb olur. Bu yaxınlar da  sanksiyaların daha da sərtləşdiriləcəyi xəbəri də yayıldı. Bu da narazıların sayının artmasına gətirib çıxaracaq. Düşünürəm ki, qarşıdurma son nəticədə ya Rusiyanın mövqelərindən geri çəkilməsi, yaxud da Rusiyada nəhəng  sosial partlayışla nəticələnəcək. Mövqelərinin qorunması və hətta artırılmasından isə söhbət belə gedə bilməz.

ABŞRusiya arasında “dəmir pərdə” demək olar ki, artıq salınıb. Trampın dövründə münasibətlər daha da gərginləşəcək. Trampı bir çoxları bəyənməsələr də, o, ABŞ kimi bir dövlətdə uğurlu bir biznes imperiyasını qurmağa müvəffəq olan bir şəxsdir. Yetərincə iddialı, soyuqqanlı, öz maraqlarını bilən və bu maraqlar naminə vuruşmağı bacaran bir prezidentdir. ABŞ cəmiyyətində onun bacarıqsız biri olması barədə fikirlər Trampı daha sərt olmağa, seçkiləri Rusiyanın köməyilə qazanması iddiaları isə Rusiyaya qarşı barışmaz mövqe tutmağa vadar edir. Tramp siyasətçi olmadığından diplomatik ənənələrə riayət etməyib istəklərini birbaşa bildirməyə və onların həyata keçirilməsi üçün birbaşa hərəkətə keçməyə üstünlük verən bir şəxsdir. Bu baxımdan  Trampın prezidentliyi dönəmində Rusiya ilə münasibətlərin normallaşmasını gözləmək düzgün olmazdı”.

Image result for tofiq abbasov

Tofiq Abbasov: “ABŞ Rusiya münasibətlərdə sərt meyllər get-gedə artır. Bu özünü beynəlxalq problemlərin kontekstində də birüzə verir”.


ABŞ-Rusiya münasibətlrinin getdikcə daha da sərtləşdiyini bildirən politoloq Tofiq Abbasovun fikrincə, iki ölkə arasındak gərginlik beynəlxalq siyasətin gedişatına da təsirsiz ötüşmür:

“İki dövlətin qarşıdurması artıq sistematik səciyyə daşıyır. Düzdür, ölkələrin yüksək səviyyəli nümayəndələri  bir-birləri haqda danışarkən tez-tez “tərəfdaşlarımız” ifadəsindən istifadə edirlər. Bu, gəlişi gözəl ifadədir. Münasibətlərdə sərt meyllər get-gedə artır. Bu özünü beynəlxalq problemlərin kontekstində də birüzə verir. Təsadüfi deyil ki, Yaxın Şərq, Şimali Koreya, dondurulmuş münaqişələr problemləri çərçivəsində hər iki tərəf   barışmaz mövqedən hərəkət edirlər.

İki nəhəngin məqsədləri demək olar eynidir. Hər ikisi dünya çapında əsas söz sahibi olmaq istəyirlər. Buna görə də aralarında konsensus tapılmır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru  Mayk  Pompeonun qəribə bəyanatla çıxış etməsi ondan xəbər verir ki, ABŞ postsovet məkanında gedən prosesləri də öz nəzarətinə götürmək istəyir. Lakin belə gedişat münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər. 

NATO-nun Şərqə doğru yürüşü Moskvanı ciddi narahat edir. Odur ki, Kreml hətta əks-tədbirlərin görülməsi barədə düşünür. Soyuq qarşıdurma meylləri artıq güclənməyə doğru gedir. Nəzərə alsaq ki, beynəlxalq gündəlikdə olan qaynar məsələlər ətrafında hələ ki,  bir dənə də olsa belə yaxınlaşma qeydə alınmayıb, belə qənaətə gəlmək olar ki, Moskva və Vaşinqton soyuq müharibə atributlarını yenidən işə salmaq barədə qərarlar verəcəklər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar