Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloqdan Qarabağla bağlı açıqlama

"Heç kəs deyə bilməz ki, Azərbaycan ordusu yeni bir əməliyyat planı həyata keçirməyəcək"


Bunu Axar.az politoloq Qabil Hüseynli deyib. 

Sabiq dövlət müşaviri Qarabağ ətrafında gedən proseslərin fonunda çox ilginc açıqlama verib:
 
“Əməliyyatlar dayandırılarkən Rusiya vəd etdi ki, Putin Qarabağ problemini çox qısa müddətdə həll edəcək. Əvəzində isə Ermənistana silah və təlimatçıların göndərilməsinin şahidi olduq. Məhz bundan sonra Ermənistan atəşkəsi ciddi surətdə pozaraq mülki əhalini vurmağa başladı. İrəvan məğlubiyyətini mülki əhalidə qorxu yaratmaqla kompensasiya etməyə çalışır. Belə olan təqdirdə isə Azərbaycanın qarşısına yeni bir seçim çıxır. Bu da ondan ibarətdir ki, Azərbaycan 2-5 aprel tarixlərində ölkədə yaranmış milli birliyi inkişaf etdirməklə yeni əməliyyatlara başlaya bilər. Heç kəs deyə bilməz ki, ordu yeni bir plan həyata keçirməyəcək. Ordumuz yeni texnika və qüvvələrlə möhkəmləndirilməkdə davam edir. Bunu mühüm bir faktor kimi qiymətləndirmək lazımdır”.
 
Q.Hüseynli Azərbaycan ordusunun Dördgünlük müharibədən daha fərqli, yenimiqyaslı əməliyyatlara qadir olduğunu xatırladıb:
 
“Bir politoloq kimi deyə bilərəm ki, genişmiqyaslı əməliyyatlar üçün hətta uyğun bir tarix də seçmək olar. Bunu hərbi strateqlər də artıq dilə gətiriblər. Azərbaycan işğal tarixlərini zəfər tarixlərinə çevirməyə qadirdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar