Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Türkiyə ilə ölkəmizin hərbi əlaqələri indiyə qədər...”


“Türkiyə ilə ölkəmizin hərbi əlaqələri indiyə qədər belə bir yüksək səviyyədə olmayıb”


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir.

Azərbaycan ordusunun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm hərbi paradda Türkiyənin Baş Qərargah rəisinin iştirakı və ilk dəfə olaraq Türkiyə Xüsusi Təyinatlı qüvvələrinin keçidi Bakı-Ankara arasında strateji müttəfiqliyin və qardaşlığın bariz nümunəsidir. 100 il əvvəl Türk ordusu Azərbaycanın müstəqilliyinin qazanmasında fəal rol oynadı. İndi isə, işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində öz dəstəyini indi də əsirgəməyəcəyinin mesajını vermiş oldu.

Türkiyə Baş Qərargahının rəisinin və hərbiçilərinin Bakı paradında iştirakı, Ermənistana və regionda marağı olan ölkələrə mesajdır. Nəzərə alaq ki, qardaş ölkə Suriyaİraqda tarix yazır, öz milli təhlükəsizliyini və suverenliyinin müdafiəsi üçün hərbi əməliyyatlar keçirir. Məhz Ərdoğanın öz seçki bəyannaməsinə Qarabağ münaqişəsinin həllini qeyd etməsi, Ankaranın Cənubi Qafqazda siyasi-hərbi hərəkətliyinin artlrmasına hesablanıb. Rəsmi Ankara bununla göstərir ki, Azərbaycanın hər zaman yanındadır.

Qeyd edim ki, Türkiyə ilə ölkəmizin hərbi əlaqələri indiyə qədər belə bir yüksək səviyyədə olmayıb. Regionda dəyişən şərtlər, təhlükəsizliyin kövrək olması, Ermənistanın işğalçı siyasəti, Ankara-Bakı birgə hərbi əməkdaşlığını labüd edir. Bundan sonra, biz Türkiyənin Qarabağ münaqişəsinin həllində aktivliyinin şahidi olacağıq. Türkiyə çalışır ki, regionda təşəbbüsü ələ alsın. NATO ölkəsi kimi Azərbaycana tam dəstək verməklə, ölkəmizi digər ölkələrin siyasi şantajından çəkindirməyi strateji pioritetlərinə daxil edir. Qeyd edim ki, Azərbaycan və Türkiyə arasında sıxlaşan hərbi əməkdaşlıq və Türkiyənin hərbi paradda yüksək səviyyədə iştirakının müsbət nəticələrini bir müddətdən sonra şahidi olcağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar