Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Türkiyə Suriya siyasətində təklənir”


“Suriyada Türkiyə tək qalıb. Əgər Türkiyə Afrini terrorçulardan təmizləsə, bu, Türkiyənin regional gücünə qatqı verəcək. PKK terror təşkilatına ciddi zərbə vurulacaq”


Axar.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, RusiyaSuriyanın planı İdlibdə Türkiyənin dəstəklədiyi silahlı müxalifəti sıradan çıxartmaqdır:

“Hazırda Suriyada İŞİD məğlub edilib. Türkiyənin dəstəklədiyi İdlib regionunda Azad Suriya Ordusu və müəyyən silahlı qruplar var. Bu silahlı qruplar Əsədə qarşı silahlı müxalifətdi və onların məğlub edilməsi, Moskva üçün əsas priorittedir. İŞİD və yaxud hər hansı svil silahlı müxalifət Rusiya üçün Əsədə qarşı eynidir. Moskva Əsədə qarşı heç bir silahlı qrupların mövcudluğunu qəbul etməyəcək. Rusiyanın Hmeymim hərbi bazasına hücumların təşkilində məhz Rusiyanın İdlibdə Türkiyənin dəstəklədiyi silahlı qrupları qeyd etməsi, əsasən bu silahlı qrupların sıradan çıxarılmasına hesablanıb”.

Politoloqun sözlərinə görə, Suriya qoşunlarının və Rusiya aviasiyasının hücumları Türkiyənin nəzarətində olan İdlibdə silahlı qrupların vurulması, Ankara-Moskva arasında əlaqələrdə yenidən problemlərə yol açır:

“Ərdoğanın Əsədi qəbul etməməsi və İdlibdə silahlı qrupların istənilən vaxt Əsədə qarşı silahlı müharibəyə başlamaq ehtimalı, Rusiyanı narahat edən məqamlardandır. Artıq Ərdoğanın Suriya siyasəti Putinin maraqlarına cavab vermir. Göründüyü kimi, Ankara, Vaşinqton və Moskva ilə Suriyada toqquşur”.

Politoloq vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin Afrində ABŞ-ın dəstəklədiyi YPG terrorçularını top atışı ilə vurması, yeni hərbi əməliyyatlardan xəbər verir:

“Şimali Suriyada Afrində güclənən YPG terorçularının müasir silahlarla Türkiyə üçün təhdid olması ortadadır. Ankara Afrin əməliyyatlarına başlasa, YPG terorçuları müasir ABŞ silahları ilə Türkiyə ordusuna ciddi şəkildə təzyiq göstərə bilər. Bu da şiddətli döyüşlərin davam etməsinə gətirib çıxarar. Təbii ki, burada ABŞ-ın siyasəti həlledicidir. Əgər ABŞ YPG-ni Türkiyə ilə döyüşə göndərərsə, bu, ABŞ-Türkiyə müharibəsi olacaq”.

Qeyd edək ki, İdlibdə bəzi ərazilər Türkiyə, Rusiyaİran Qazaxıstanın paytaxtı Astanada əldə edilən razılşamaya əsasən, təhlükəsiz bölgə elan edilməsinə baxmayaraq, buradakı bəzi kəndlərə ötən gün və bu gün hava hücumu təşkil edilib. RusiyaSuriya ordusunun keçirdiyi əməliyyat nəticəsində 14 sadə vətəndaş həyatını itirib, 10 nəfərin isə yaralandığı bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar