Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Hazırda İranda daxili siyasi vəziyyət gərginləşir”


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


ABŞ-ın İrana qarşı sanksiyaları, əvvəlki sanksiyalardan fərqli olaraq, daha da sərt və ölkə iqtisadiyyatını defolta apara biləcək səviyyədədir. İranın Yaxın Şərqdə siyasi-hərbi fəaliyyəti, ABŞ-la vəkalət müharibəsi aparması, Trampın Altılıq ölkələri ilə Tehran arasında imzalanmış nüvə sazişindən çıxmasını şərtləndirdi. Çünki, bu müqavilənin nəticəsində İrana qarşı sanksiyalar ortadan qalxaraq, rejim iqtisadi inkişafdan istifadə edərək, Yaxın Şərqdə silahlı birləşmələri maliyyələşdirdi və bir neçə arealdə müharibəyə qoşuldu.

Suriya, Yəmən və İraqda İranın rolu danılmaz faktdır. Yəməndə İranın dəstəyi ilə Husi üsyançıları Ərəb koalisiyası ilə şiddətli müharibə aparır, ballistik raketlərlə Səudiyyənin iqtisadi mərkəzlərini hədəf alır. İranın bu siyasətinin qarşısını almaq üçün ABŞ-ın müqaviməti iqtisadi səferada özünü göstərir.

Artıq tətbiq edilməkdə olan sanksiyaların nəticəsində İran milli pulu dollar qarşısında ucuzlaşıb, əhalinin gəlirləri və alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edək ki, Tehran rejimi sanksiyaların nəticəsində ağır duruma düşüb və rejim daxilində mühafizəkarla islahatçıların qarşıdurması gərginləşib. Ali dini rəhbərə bağlı olan qruplar hökuməti ölkənin iqtisadi böhranda günahlandırır və istefaya səsləyir.

Ötən il dekabr ayında baş verən sosial etriazlardan görünür hakimiyyət dərs çıxarmayıb. Ölkənin əsas maliyyə imkanları, iqtisadi inkişafa deyil, xarici hərbi əməliyyatlara yönləndirilir.

Tehranda baş verən etirazlar sanksiyaların təsirindən ağırlaşan sosial vəziyyətlə əlaqədardır. İran xalqı, artıq indiki rejimi iqtisadi inkişafın qarşısın alan mane kimi görür, və rejimin xaricdə aparılan müharibənin İrana aidiyyatı olmadığının qənaətindədir. Tehranda etiraz nümayişlərində şüarlara diqqət etsək, bunu açıq formada görə bilərik.

ABŞ-ın sanksiyalarına tədricən Avropa İttifaqının qoşulması və nəhayət bu ilin noyabrın 4-ə kimi İrandan neft idxalına məhdudiyyətin tətbiq olunması ilə ölkədə sosial partlama, inqilabla nəticələnə bilər. İndiki etirazlar növbəti kütləvi aksiyalar üçün başlanğıcdı.

ABŞ-ın sanksiyalar tətbiq etməkdə əsas məqsədi daxili etirazları rejim əleyhinə yönləndirməklə, inqilabla sistemi dəyişməkdir. Bununla, İranın Yaxın Şərqdə hərbi fəaliyyətinə son verib, özünə loyal hakmiyyət formalaşdırmaqdır.

Hazırda İranda daxili siyasi vəziyyət gərginləşir. Parlament Ali dini rəhbərin göstərişi ilə Ruhani hökumətinə qarşı impiçmenti həyata keçirə bilər. İslahatçılara müxalifət olan mühafizəkarlar mötədil siyasətçi Ruhanini devirib, hakimiyyəti ələ almağı planlayır. Onlar hazırkı iqtisadi problemi və etirazları Ruhanin səriştəsiz siyasətində görürlər.

Göründüyü kimi İranda sosial-iqtisadi və siyasi gərginlik inkişaf edir. Bunun yazın zamanlarda daha da vüsət alacağı gözlənilir. İran artıq siyasi sabitsizliyə qədəm qoyur.

Əgər, İranda hakimiyyətə mühafizəkarlar gələrsə, Azərbaycanla siyasi-iqtisadi əlaqləri korlaya bilərlər. Mahmud Əhmədi Necat dövründə olduğu kimi soyuya bilər. Bundan əlavə Xəzərin statusu ilə əlaqədar razılaşdırılmış müqavilədən İran çıxa bilər. Bununla da Xəzərin hüquqi statusunun müəyyən olunması, təxirə salınar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar